Accessibility links

ABŞ prezidenti Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq sammitində iştirak edəcək

ABŞ prezidentinin Çinə regional sammit üçün səfərindən bir neçə gün öncə Çinin məşhur hökümət qəzeti Obamanı bacarıqsız lider adlandırıb və bildirib ki, onun prezidentliyi çox maraqsız olub.

Global Times qəzetində bu məqalə prezident Obamanın Demokrat partiyasının Senata nəzarəti itirməsindən bir neçə saat öncə dərc olunub. Demokratların Senata nəzarəti itirməsi rəqib Respublikaçı partiyası artıq Konqressin hər iki palatasına nəzarət edəcəyi deməkdir .

Çin Kommunist Partiyasının maraqlarını bölüşən və dəstəkləyən Global Times qəzeti bildirib ki, Obama dəstəkçilərinin ümidlərini doğrultmayıb və “ABŞ cəmiyyəti artıq bayağılıqdan yorulub.”

Prezident Obama gələn həftə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak etmək üçün Pekinə səfər edəcək və orada onun Çin prezidenti Şi Cinpinqlə təkbətək görüşlər keçirəcəyi gözlənilir.

ABŞ-Çin münasibətləri Çinin insan haqları pozuntuları, Asiyanın dəniz münaqişələri, iqtisadi məsələlər və hər iki tərəfin bir-birini kibernetika casusluğunda ittiham etməsindən sonra gərginləşib.

ABŞ rəsmiləri bildirir ki, Obama danışıqlar zamanı Vaşinqtonun Pekinin Amerika hökümətini və biznesslərini izlədiyi haqda narahatlıqlarını müzakirə edəcək.

Bu ilin əvvəli ABŞ beş Çin hərbiçisini Amerikanın nüvə, metal və günəş enerjisi şirkətlərinin ticarət sirlərini oğurlamaqda ittiham edib. Bu hadisədən sonra Çin ABŞ-la kibernetika danışıqlarından imtina edib.

Çinin ABŞ-dakı səfiri Küy Tyankay dünən Foreign Policy jurnalına bildirib ki, Pekinin danışaqlara başlamasından öncə Vaşinqton etimadının bərpası üçün bəzi addımlar atmalıdır.

XS
SM
MD
LG