Accessibility links

ABŞ və Çin Şimali Koreyaya qarşı sanksiyalara dair razılıq əldə edib


Birləşmiş Ştatlar və Çin bu yaxınlarda nüvə testi və uzun mənzilli raket sınağı keçirdiyinə görə Şimali Koreyaya qarşı BMT-nin yeni sanksiyalarının tətbiqinə dair razılıq əldə edib.

Birləşmiş Ştatlar qətnamə layihiəsini BMT Təhlükəsizlik Şurasına cümə axşamı günü təqdim edəcək. Sənədin detalları ilə bağlı açıqlama verilməyib.

Bu inkişaflar Çinin Xarici İşlər naziri Vanq Yinin Vaşinqtona səfər etdiyi vaxt baş verir. Vanq Yi ABŞ Dövlət katibi Con Kerri və ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Raysla görüşüb.

Milli Təhlükəsizlik məsələləri üzrə müşavirin sözçüsü Ned Prays bildirib ki, Rays və Vanq Şimali Koreyanın testlərinə BMT sanksiyaları da daxil olmaqla “güclü və birgə” cavabın verilməsi məsələsi ilə bağlı razılıq əldə edib.

Dövlət katibi Con Kerri Çinin Xarici İşlər naziri Vanq Yi ilə görüş zamanı

Dövlət katibi Con Kerri Çinin Xarici İşlər naziri Vanq Yi ilə görüş zamanı

Cənubi Koreyanın Xarici İşlər nazirliyinin sözçüsü Ço Cun-hyuk qətnamə layihəsində əvvəllər olduğundan daha effektiv komponenetlərin daxil edildiyini bildirib.

Razılıqda Vaşinqtonun nüvə silahları proqramından imtina etməsi üçün Kim Conq Ina təzyiq məqsədilə iqtisadi sanksiyalara dəstəyi və Çinin sabitliyin təmin olunması və münaqişənin dialoq yolu il həllinə dair mövqeyi əks etdirilir.

Pekinin yeni beynəlxalq sanksiyalar məsələsində Vaşinqtonla birlik nümayiş etdirməsi belə görünür Pekinin Pxenyana münasibətdə güzəştli siyasətinin işə yaramadığı və daha güclü ölçülərə ehtiyac olduğuna işarədir.

Şimali Koreya bir neçə dəfə keçirdiyi nüvə və raket sınağına görə 2006-cı ildən BMT sanksiyalarına məruz qalıb. BMT-nin silah embarqosu ilə yanaşı, Pxenyanın nüvə və raket texnologiyalarını idxal və ixrac etməsinə, eləcə də lüks malların ölkəyə idxalına qadağa qoyulub.

XS
SM
MD
LG