Accessibility links

ABŞ-da faiz dərəcələrinin artımı gözlənilmir [Video]


Faiz dərəcələri 2008-ci ildə baş verən qlobal maliyyə böhranından bəri çox aşağı səviyyədədir

Bu həftə Federal Açıq Bazar Komitəsinin üzvlərinin keçirəcəyi iki günlük iclasının diqqət mərkəzində ABŞ-ın mərkəzi bankı olacaq. İclasın məqsədi ABŞ iqtisadiyyatının faiz dərəcələrini artıracaq qədər sağlam olub-olmadığını müəyyən etməkdir. Faiz dərəcələri 2008-ci ildə baş verən qlobal maliyyə böhranından bəri çox aşağı səviyyədədir. Amma təhlilçilərin bildirdiyinə görə, baxmayaraq ki, ABŞ iqtisadiyatı artır, o hələ də xarici qüvvələrdən gələn risklərə açıqdır və bu risklərin ən böyüyü Çində iqtisadi artımının zəifləməsindən ibarətdir.

Mənfi riskləri nəzərə alaraq biz ehtiyatla ABŞ iqtisadiyyatının bərpasını təmin etməliyik. Bundan əlavə biz həmçinin iqtisadiyyatın həyat qabiliyyətli olması üçün lazımi dəstəyi vaxtından əvvəl geri çəkməməliyik.

Pekinin rəsmi göstəriciləri Çində iqtisadi artımın 7 faizə yaxın olduğunu göstərsə də, çox az insan buna inanır. Onlardan biri isə Londonda fəaliyyət göstərən investisiya şirkəti Hargreaves Lansdow-nun başçısı Riçard Hanterdir.

“Çində fəaliyyət göstərən şirkətlərin bəziləri oradakı iqtisadi artımın Çinin açıqladığı rəqəmin yarısına bərabər olduğunu göstərir.”

Belə qeyri-müəyyənlik Çinin ABŞ iqtisadiyyatına tələbatının azalmasının təsirləri ilə bağlı yeni narahatlıqlara yol açıb. İş yerlərinin artmasına baxmayaraq, dolların dəyərinin artması və inflasiyanın aşağı səviyyədə olması ABŞ-ı xarici risklərin təhlükələrinə açıq edir. Bunu bu yaxınlarda Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiyada çıxış edən Lael Brainard deyir.

“Mənfi riskləri nəzərə alaraq biz ehtiyatla ABŞ iqtisadiyyatının bərpasını təmin etməliyik. Bundan əlavə biz həmçinin iqtisadiyyatın həyat qabiliyyətli olması üçün lazımi dəstəyi vaxtından əvvəl geri çəkməməliyik.”

Çində fəaliyyət göstərən şirkətlərin bəziləri oradakı iqtisadi artımın Çinin açıqladığı rəqəmin yarısına bərabər olduğunu göstərir.

Federal Ehiyatlar Bürosu (ABŞ-ın mərkəzi bankı) faiz dərəcələrinin artımını istisna etmir. Lakin N.A.B.E –nin prezidenti Lisa Emsbo-Mattingly ABŞ-ın mərkəzi bankının sabit qiymətlər və işsizliyin aradan qaldırlması kimi daxili məqsədlərdən kənara çıxmasının daha çox qeyri-müəyyənlik yarada biləcəyini bildirir.

“Onlar üçüncü element artırıblar və bu, beynəlxalq elementdir. Fikrimcə, bazarlar bunu qavramaqda çətinlik çəkəcək. Bundan əlavə, Fed istəmədən bazara qeyri-müəyyənlik gətirə bilər."

Bəzi analitiklərin sözlərinə görə, faiz dərəcələrinin oktyabrda artması şansı çox aşağıdır. Bu isə o deməkdir ki, bu, rəsmilərin dekabr iclasında baş verə bilər. Buna baxmayaraq, ekspertlər bildirir ki, bir-birinə bağlı qlobal iqtisadiyyatda hətta dünyanın ən böyük iqtisadiyyatı üçün də hər şey inkişaf etməkdə olan ölkələrdə iqtisadi sabitlikdən asılı olacaq.

XS
SM
MD
LG