Accessibility links

ABŞ-ın dollar sikkələri [Video]


1 dollar kağız pul əvəzinə sikkə kimi buraxılsa milyonlarla dollara qənaət olunacaq

Amerikanın dövlət borcu artmaqda davam etdiyi üçün ABŞ Konqresi qənaət etməyin yollarını müzakirə edir. Lobbi qrupu olan Dollar Sikkə İttifaqı 1 dolların kağız pul əvəzinə sikkə kimi buraxılsa milyonlarla dollara qənaət oluna biləcəyini deyir. Dollar sikkələri uzun zamandır mövcuddur, ancaq çox insan onlardan istifadə etmir. ABŞ höküməti bunun qarşısını almağa çalışsa da, 2011-ci ildə dollar sikkələrinin istehsalını dayandırdı.

Amerikalılar kağız dollarlarını çox sevirlər. Amma Dollar Sikkə İttifaqının sədri Cim Kolbe sikkəyə keçidin faydalı olacağını düşünür.

“Sikkəni istehsal etmək daha bahadır. Kağızı istehsal etmək 5-6 sentə, sikkə isə 17 sentə başa gəlir. Lakin sikkələr 35 il davam edir və təkrar emal olunan metallardan hazırlanır, kağız isə yeni materiallardan hazırlanmalıdır. Onlar tez köhəldiyi üçün isə hər il 3 milyon kağız dolları tullamalı oluruq”.

İllər boyu keçmiş konqresmen greenback adlanan kağız dolları sikkə ilə əvəzləyən qanunu qəbul etdirməyə çalışıb. Buna isə həm siyasətçilər həm də ictimaiyyət müqavimət göstərib. Amma o, deyir ki, hazırda vəziyyət dəyişib və son sorğuda 61 faiz amerikalıların bu fikri dəstəklədiyi bildirilib.

“Onlar kağız pulu sikkə ilə əvəz edəndə nə qədər pula qənaət olunacağını öyrənəndə bu fikri dəstəkləyəcəklər”.

Kolbe Hakimiyyətin Cavabdehliyi İdarəsinin hökümətin vergi ödəyicilərinin pullarını necə xərclədiyini araşdıran tədqiqata istinad edir. İdarə vergi ödəyicilərinin 30 il ərzində 4 milyard dollara qənaət edə biləcəklərini təxmin edir ki, bu rəqəm daha da yüksək ola bilər. Bu isə Kristi Tompson kimi vergi ödəyicilərinin diqqətini cəlb edir.

Sikkədən istifadə etməkdən başqa çarəmiz olmayana və kağız dollar ləğv olunmayanadək, biz ondan istifadə etməyə davam edəcəyik

“Biz bunu etməli olsaq, mən razılaşaram”.

Ancaq bir çoxları hələdə əmin deyil. Məsələn, Kim Dorinq.

“Onlar daha səsli və cibdə daha ağır olurlar”.

Vaşinqtonda restoran sahibi olan Su Fuladinin isə kassada daha çox sikkənin olmasından xoşu gəlmir.

“Başqa çarəm olmasa, bunu etməli olacam, amma çox narazı şəkildə”.

Digər problem isə qızılı və gümüşü rəngdə 1 dollarlıq sikkələrin 25 sentlik sikkə ilə eyni ölçüdə olmasıdır. Vaşinqtonda yerləşən Amerika Universitetinin iqtisadiyyat professoru Robert Bleker deyir ki, bir dollarlıq sikkə fərqli ölçüdə olmalıdır.

“Sikkələrin qalınlıq və diametrləri də fərqlənə bilər. Bir də, əgər biz 1 dollarlıq sikkəni daha balaca və yüngül etsək, bəlkə də amerikalıların xoşuna gələr”.

Universitet tələbəsi Emili Storqili isə bunlar narahat etmir.

“Məncə onlar rahatdır. Bəzən bir yerə gedəndə özünlə tək telefonunu və açarlarını götürəndə, dollar sikkələri daşımaq daha asandır çünki kağızın cibindən düşəcəyindən narahat olursan, amma sikkə rahatca cibinə yerləşdiyi üçün, bele bir problemin olmur”.

Bleker və Kolbe isə dollar sikkələrinin istifadəsinin uzun zaman alacağını deyir.

“Sikkədən istifadə etməkdən başqa çarəmiz olmayana və kağız dollar ləğv olunmayanadək, biz ondan istifadə etməyə davam edəcəyik”.

Bleker amerikalıların ABŞ dollar sikkəsinə alışacaqlarını düşünür.

Amma çoxlu miqdarda dolla sikkəsi hələ ki, amerikalıların cibində yox, dövlət xəzinəsindədir.

XS
SM
MD
LG