Accessibility links

ABŞ-ın Əfqanıstanda inkişaf layihələrinə nəzarət imkanı azala bilər



Washington Post qəzetinin verdiyi məlumata görə, ABŞ rəsmiləri 2014-cü ildə Amerika əsgərlərinin Əfqanıstandan çıxarılmasından sonra ölkədə Birləşmiş Ştatların maliyyələşdirdiyi inkişaf layihələrinin gedişinə nəzarət imkanlarının azala biləcəyini bildirib.

Qəzet yazıb ki, Əfqanıstanda bərpa fondunun baş inspektorunun təhlilinə əsasən, ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılmasından sonra Amerika hökumətini təmsil edən mülki personal, xüsusilə də Beynəlxalq İnkişaf agentliyinin işçiləri münaqişədən zərər çəkmiş ərazilərdə ABŞ-ın maliyyələşdirdiyi layihələrin gedişinə nəzarət etmək üçün lazımi şəkildə müdafiə olunmayacaq.

Birləşmiş Ştatlar Əfqanıstanda səhiyyə, təhislsil və enerji layihələrinə milyardlarla dollar məbləğində vəsait sərf edib. Baş inspektor ABŞ hökumət rəsmilərinin layihələrin gedişi və onlara nəzarət imkanlarının azala bilməsilə bağlı narahatlığını bildirib.

Washington Post ABŞ hökumətinin personalının gələn il bir milyard dollar dəyərində 15 layihəyə nəzarət imkanından məhrum olacağını bildirib.

ABŞ-ın Beynəlxalq İnkişaf agentliyinin adının açıqlanmadığı rəsmisinə istinadən qəzet eyni zamanda yardım agentiyinin rəsmilərinin hərbi personalın olmadığı halda da, layihələrin gedişinə nəzarət etmək imkanlarına malik olacaqlarını yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG