Accessibility links

ABŞ Əfqanıstanın cənubunda Əl-Qaidənin düşərgələrinə hücum edib


Ordu generalı Con Kempbell
Ordu generalı Con Kempbell

ABŞ-ın yüksək səviyyəli hərbi rəsmisi Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstanda 14 ildir gedən müharibədə Əl-Qaidənin ən böyük təlim düşərgələri olduğuna inanılan obyektlərinə qarşı hücum keçirdiyini bildirib.

ABŞ-ın Əfqanıstanda hərbi qüvvələrinin komandanı, ordu generalı Con Kampbell Washington Post qəzetinə müsahibədə deyib ki, hücum zamanı Əl-Qaidənin 160-ya qədər fəalı qətl yetirilib. Xüsusi təyinatlı qüvvələrin təxminən 200 əsgərinin iştirak etdiyi genişmiqyaslı hücum zaman havadan zərbələr endirilib.

Generalın sözlərinə görə, əməliyyat oktyabrın 11-də Əfqanıstanın Pakistanla sərhədində təlim düşərgələrinin yerləşdiyi 80 kvadrat km.-lik ərazidə baş verib.
ABŞ hərbi qüvvələrinin əməliyyatı prezident Barak Obamnın Əfqanıstanda 2016-cı ildə 9 min 800 və 2017-ci ildən sonra 5 min 500 nəfərdən ibarət əsgəri qüvvərinin saxlanacağını elan etməsindən bir neçə gün öncə keçirilib.

Birləşmiş Ştatlar uzun müddətdir Əfqanıstanın şərq bölgələrindəki vadilərdə Əl-Qaidənin qalıqlarının mövcud olduğunu bildirirdi.

Washington Post qəzetinin bildirdiyinə görə, yeni informasiya 2001-ci ildə Birləşmiş Ştatlara qarşı terror hücumlarından 14 il sonra ABŞ hərbi qüvvələrinin Əfqanıstanda " yaraqlıları tapıb hədəf alması " missiyasının effektivliyi barədə suallar qaldırır. 11 sentyabr terror hücumlarından sonra Birləşmiş Ştatlar Əfqanıstada mənzillənən yaraqlılara qarşı hərbi hücumlara başlamasına yol açmışdı.

XS
SM
MD
LG