Accessibility links

ABŞ Əfqanıstanda xəstəxanaya hücumla bağlı məsuliyyət daşıdığını qəbul edir


ABŞ ordu generalı Con Kempbell Senatın Silahlı Qüvvələr komitəsində
ABŞ ordu generalı Con Kempbell Senatın Silahlı Qüvvələr komitəsində

ABŞ-ın yüksək səviyyəli hər komandiri bildirib ki, Əfqanıstanda Qunduzda 22 adamın ölümülə nəticələnən bomba hücumu zamanı xəstəxananın səhvən hədəf alınmasına görə Amerika qüvvələri günahlandırılmalıdır.

ABŞ ordu generalı Con Kempell Senatın Silahlı Qüvvələr komitəsinə bildirib ki, Sərhədsiz Həkimlər tibbi xeyriyyə təşkilatının fəaliyyət göstərdiyi xəstəxananın hədəf alınmasını əfqan qüvvələri istəyib. Əfqanıstan hərbi qüvvələri Taliban döyüşçülərinin xəstəxanadan atəş açdığını bildirib.

Lakin onun sözlərinə görə, ABŞ müraciətini aldıqdan yarım saat müddət ərzində hava reydi keirib.

"Aydın olmaq üçün, hava hücumunun keçirilməsi qərarı ABŞ-ın komandanlığı tərəfindən veriib. Xəstəxana səhvən vurulub. Biz heç vaxt tibbi obyekti bilərəkdən vurmuruq"-deyə o bildirib.

Əfqanıstanda NATO-nun başçılığı ilə koalisiyaya rəhbrəlik edən Kempbell ABŞ və Əfqanıstan tərəfindən təhqiqatın aparıldığı zaman hava hücumunun detalları ilə bağlı məlumat verməkdən imtina edib.

Sərhədsiz Həkimlər təşkilatı 12 personalı və 10 xəstənin həlak olduğu hücumu qınayaraq, bunu "beynəlxalq humanitar qanunun pozulması" adlandırıb.
Təşkilatın prezidenti Coan Lyu deyib ki, insidentə "sadəcə bir səhv, ya da müharibənin qaçılşmaz nəticəsi kimi" göz yummaq olmaz.

Sərhədsiz Həkimlər hücumla bağlı müstəqil təhqiqat aparılmasına çağırıb.

XS
SM
MD
LG