Accessibility links

Fransa ABŞ-ın dinləmələrinə dair iddiaları qəbuledilməz adlandırıb


Prezident Fransua Olland Fransanın təhlükəsizliyinə hədə təşkil edə biləcək heç bir addıma yol verilməyəcəyini vurğulayıb

Fransa prezidenti Fransua Ollandın administrasiyası bildirib ki, ABŞ-ın Olland və ondan əvvəlki iki prezidentin telefonlarını dinlədiyinə dair iddialar qəbuledilməzdir. Prezident administrasiyasının bəyanatında həmçinin bildirilib ki, Fransanın təhlükəsizliyinə hədə təşkil edə biləcək heç bir addıma yol verilməyəcək.

Cənab Olland ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş üç Fransa prezidentinin izlənildiyini bildirilən WikiLeaks sənədlərini müzakirə etmək üçün müdafiə şurası ilə görüşdən sonra çərşənbə günü bəyanat verib.

Rəsmilər deyir ki, ABŞ-ın Fransadakı səfiri Ceyn Hartli mövzunu müzakirə etmək üçün Fransa xarici işlər naziri Loran Fabiusun ofisinə çağırılıb.

WikiLeaks sənədləri Fransanın gündəlik qəzeti olan Liberasion və araşdırmaçı vebsəhifə Mediapart tərəfindən dərc olunub. Sənədlərin həqiqiliyi hələ təsdiqlənməyib.

Ağ Ev cənab Olland və ya onun sələflərinin izlənildiyinə dair heç bir açıqlama verməsə də, Fransua Ollandın telefon danışıqlarının izlənilmədiyini və gələcəkdə də izlənilməyəcəyini vurğulayıb.

2013-cü ildə WikiLeaks ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin Almaniya kansleri Angela Merkelin şəxsi telefonunu dinlədiyi haqda məlumat vermişdi. Bu bəyanat Almaniyada siyasi qalmaqal yaradıb, məsələnin rəsmi olaraq araşdırılmasına gətirib çıxarmışdı.

Bir neçə həftə öncə isə Prezident Obama Birləşmiş Ştatlar hökümətinin ABŞ vətəndaşlarının şəxsi telefon və internet kommunikasiyalarını izlənilməsinə son qoyan qanun imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG