Accessibility links

Konqres hava limanlarının təhlükəsizliyinin gücləndirilməsi məqsədilə əlavə büdcə vəsaiti ayırıb


Konqres bazar ertəsi Nəqliyyat Təhlükəsizliyi İdarəsindən gələn 28 milyon dollar dəyərində yenidən proqramlaşdırma təklifini qəbul edib. Bu layihə ilə hava limanlarında təhlükəsizlik xətlərinin sayının artırılması və gözləmə müddətinin azaldılması nəzərdə tutulur.

Ayrılmış vəsait Nəqliyyat Təhlükəsizliyi İdarəsinin 2784 yarım-ştat əməkdaşını tam ştat iş yerləri ilə təmin edəcək. Bundan başqa ABŞ hava limanlarına 53 yeni təhlükəsizlik xətti əlavə ediləcək. Yenidən proqlamlaşdırma yeni maliyyə ilində Nəqliyyat Təhlükəsizliyi İdarəsinə 600 yeni əməkdaş cəlb etməyə imkan yaradacaq.

Daxili Təhlükəsizlik naziri Jeh Johnson deyib ki, yeni büdcə Nəqliyyat Təhlükəsizliyi İdarəsinə ABŞ hava limanlarında artan sərnişinləri daha səmərəli və effektiv yoxlamağa imkan yaradacaq.

Nəqliyyat Təhlükəsizliyi İdarəsi ötən ay Çikaqoda minlərlə adamın uzun müddət növbədə gözləmə səbəbi ilə təyyarəyə gecikməsindən sonra sərt tənqidlərə məruz qalmışdı.

Bu qərar mayda qəbul olunmuş 34 milyon vəsaitin ayrılmasını nəzərdə tutan digər proqramın davamıdır. Həmin proqrama əsasən bir neçə həftə əvvəl hava limanlarında 160 yeni təhlükəsizlik xətti açılmışdı. Proqram sayəsində sərnişinlərin 99 faizinin gözləmə müddəti 30 dəqiqədən az müddətə endirilib.

XS
SM
MD
LG