Accessibility links


Senat

ABŞ Senatı prezident Obamanın milyonlarla amerikalının tibbi xidmət ala bilməsinə imkan yaradacaq Obamacare layihəsinin bir il müddətə gecikdiriləməsinə dair Nümayəndələr Palatasında qəbul edilmiş qanunu təsdiqləməyib.

Büdcə xərclərinə dair qanun layihəsi üzrə güzəşt əldə etmək üçün Nümayəndələr Palatası ilə iclas bazar ertəsi son möhlətə bir neçə saat qalmış keçirilib.

Kompromisin əldə olunmaması ABŞ hökumətinin bir hissəsinin bağlanması ilə nəticələnəcək.

Səsvermədən öncə prezident Obama hökumətin bağlanmasının qarşısını alınması üçün əlindən gələni edəcəyini və Konqres liderlərilə danışıqlar aparacağını deyib.

Respublikaçı qanunvericilər səhiyyə xidmətlərinə dair Obamacare adı ilə tanınan layihənin bir il müddətə təxirə salınmasına təkid edir.

Səhiyyə aktı respublikaçılar və demokratlar arasında dərin fikir ayrılıqlarının mövcud olduğunu göstərir.

Konqresin hər iki palatasında xərclərə dair qanun layihəsinin günün sonuna qədər təsdiq edilməməsi əsas hökumət orqanlarının bağlanması demək olacaq. Hökumətin bağlanması nəticəsində bir milyondan çox işçi maaş almayacaq.

Bu həm də turizm və bir çox başqa sahələrə təsirini göstərəcək.
XS
SM
MD
LG