Accessibility links

Hökumət niyə bağlandı? [Təhlil]


ABŞ hökuməti son 17 ildə ilk dəfə olaraq, Konqresin iki palatası oktyabrın 1-ə kimi qoyulmuş möhlətə qədər büdcə xərclərinə dair qanun layihəsini qəbul etmək haqda razılağa gələ bilmədiyini üçün öz fəaliyyətini qismən dayandırıb. Siyasi partiyalar prezident Barak Obamanın təklif etdiyi səhiyyə xidmətlərinə dair Obamacare adı ilə tanınan qanunla bağlı dərin fikir ayrılıqlarını üstələyə bilməyib. Oktyabrın 1-ə milyonlarla amerikalıya səhiyyə xidmətlərindən istifadə etmək imkanı verəcək qanunun böyük hissəsinin qüvvəyə mindiyi gündür.

Konqresdə respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatası prezident Obamanın səhiyyə xidmətlərinə dair təklif etdiyi Obamacare adı ilə tanınan qanunu təxirə salacaq büdcə xərcləri haqda layihəni üç dəfə təsdiq etdi.

Senatda əksriyyətin lideri Herri Rid Nümayəndələr Palatasında respublikaçıları kəskin tənqid edərək, onları bilərəkdən hökumətin bağlanmasına çalışmaqda ittiham etdi. “Onlar Obamacare qanunundan yayınmaq onu pozmaq və kənara atmaq üçün yeni qanun layihəsini təsdiq edib. Obamacare qanundur.”

Senator Rid spiker Con Beyneri Nümayəndələr Palatasında səhiyyə qanununa toxunmayaraq, xərclərə dair müvəqqəti layihəyə səsvermə keçirməyə çağırdı.

Lakin spiker Beyner federal hökumətin orqanlarının bağlanmağa başlamasından sonra Nümayəndələr Palatasının addımlarını müdafiə etdi.

“Nümayəndələr Palatası öz mövqeyini açıq bildirib. Biz hökuməti maliyyələşdirməliyik, amma biz eyni zamanda inanırıq ki, Obamacare qanunu ilə amerikalıların hamısına eyni dərəcədə ədalətli münasibət göstərilməlidir.”

Hökumətin bağlanması federal idarələrdə çalışan təxminən 800 min insanın işləməməsi deməkdir.

Prezident Obama açıqladığı video mesajda ABŞ silahlı qüvvələrində xidmət göstərən hərbi qulluqçuların maaşlarını almağa davam etsini təmin edəcək qanuna imza atdığını bildirib. O həmçinin federal idarələrdə çalışanlara dəstəyini bildirib.

“Siz və sizin ailələriniz Konqresdə baş verənlərdən daha artıq işlərə layiqsiniz. Bizim ordumuzun dünyada ən yaxşı ordu olması sizin istedadınız və sadiqliyiniz sayəsindədir. Buna görə mən hökumətin işə başlaması və sizin ən tez zamanda işə qayıtmanız üçün Konqreslə işi davam etdirirəm.”

Ekspertlər hökumətin iki həftədən çox bağlı qaldığı halda, turizm sahəsinə maliyyə axınının olmaması və işləməyən federal işçilərin xərclərini azaltması nəticəsində onsuz da zəif iqtisadiyyata təsir göstərəcəyini deyir.

Lakin hökumətin bağlanması Konresdə müzakirələrin əsas diqqət mərkəzində olan səhiyyə xidmətinə təsir göstərmədi. Səhiyyə xidmətlərinə dair qanunun bəzi komponentləri artıq qüvvəyə minib.
XS
SM
MD
LG