Accessibility links

ABŞ tarixində hökumətin bağlanması halları



ABŞ hökuməti Konqresin iki palatası oktyabr ayının 1-i yeni büdcə ili başlayana qədər federal xərclərə dair qanun layihəsini təsdiq edə bilməyəndən sonra qismən fəaliyyətini dayandırmalı oldu.

Hökumət idarələrinin bağlandığı zaman federal işçilərin böyük hissəsi müvəqqəti olaraq işdən azad edilir, bir sıra hökumət proqramları dayandırılır. Ölkənin təhlükəsizliyi və müdafiəsi sahələri, habelə səhiyyə sistemində işləyən hökumət qulluqçularının bir hissəsi isə işi davam etdirir.


ABŞ-da 1981-ci ildən başlayaraq hökumət 12 dəfə bağlanıb
Bu, ABŞ-da iki əsas partiyaya mənsub qanunvericilərin razılığa gələ bilməməsinə görə hökumət idarələrinin bağlandığı ilk belə hal deyil.



ABŞ-da 1981-ci ildən başlayaraq hökumət 12 dəfə bağlanıb. Sonuncu dəfə bu, prezident Bill Klinton administrasiyası dövrü 1995-ci və 1996-cı illərdə baş vermişdi. O zaman hökumət ən uzun müddətə-21 gün bağlı qalmışdı.

1980-ci ilə qədər Konqresin büdcəni təsdiq etməyi halda da, hökumət qulluqçuları qanunun təsdiq olumasını gözləyərək, işini əvvəlki qaydada davam etdirirdi. Büdcə təsdiq olduqdan sonra, maliyyə xərcləri ödənirdi.


Sonuncu dəfə bu, prezident Bill Klinton administrasiyası dövrü 1995-ci və 1996-cı illərdə baş vermişdi

Lakin 1980-cı ildə Cimmi Karterin prezidentliyinin son ili o zaman baş prokuror olan Bencamin Civiletti Konqresin hökumətin maliyyələşdirilməsi üçün büdcəni təsdiq etmədiyi halda, işini davam etdirə bilmədiyi haqda hüquqi sənəd təqdim etmişdi. Civiletti sonradan demişdi ki, sənəddə milli təhlükəsizlik üçün əhəmiyyət kəsb edən idarələrin büdcə xərclərinə dair qanun layihəsinin təsdiq edilmədiyi halda belə işini davam etdirə bilməsi nəzərdə tutulmuşdu.

Prezident Ronald Reyqanın 1981-ci ildən 1989-cu ilə qədər hakimiyyətdə olduğu illər hökumət bir neçə dəfə bağlansa da, bu, yalnız üç gün çəkmiş, özü də həftə sonu günləri baş vermişdi.

Hökumət orqanları nə qədər uzun müddət bağlı qalsa, bu, daha artıq maliyyəyə başa gəlir.

Menecment və Büdcə ofisinin təxminlərinə görə, 1995 və 1996-cı illərdə hökumətin iki dəfə bağlı qalması ölkəyə 1,4 milyard dollara başa gəlib. Pew Araşdırma mərkəzinin verdiyi məlumata görə, hazırkı inflasiya səviyyəsi nəzərə alınsa, bu dəfə hökumətin bağlanması 2,1 milyard dollara başa gələ bilər.


Prezident Ronald Reyqanın 1981-ci ildən 1989-cu ilə qədər hakimiyyətdə olduğu illər hökumət bir neçə dəfə bağlansa da, bu, yalnız üç gün çəkmişdi

Amerikalıların öz hökumətinə inamını necə, ölçmək mümkündürmü?

Gallup araşdırma mərkəzinin bildirdiyinə görə, tarixə nəzər salanda hökumətin bağlanması prezident Barak Obama, ya da Nümayəndələr Palatasının spikeri Con Beyner üçün böyük problem yaratmayacaq.

Gallup sorğu mərkəzi 1995-1996-cı illərdə hökumətin bağlanmasının prezident Klinton, ya da o vaxt Nümayəndələr Palatasının spikeri Nyut Ginqriçin nüfuzuna çox az təsir etdiyini bildirir.

Hökumətin bağlanması halları bütünlükdə Konqres, ABŞ iqtisadiyyatı və ölkənin özünün reytinqinə böyük təsir göstərməmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG