Accessibility links

ABŞ hökumət idarələrinin bir hissəsi ikinci həftədir bağlıdır



ABŞ hökumət idarələrinin bir hissəsi ölkə üçün olduqca böyük əhəmiyyət kəsb edən büdcə limitinin yüksəldilməsi üçün qoyulmuş möhlət yaxınlaşdığı halda hələ də bağlı qalmağa davam edir.

Federal hökumətdə çalışan on minlərlə insan ikinci həftədir işə çıxmır. Müdafiə naziri Çak Heygel digər hökumət idarələrindən fərqli olaraq, öz işçilərinin geri qayıtması haqda qərar verdikdən sonra nazirlikdə çalışan 350 min insan işə çıxıb.

ABŞ hökumətinin həmçinin Çin, Yaponiya və digər xarici ölkələrədə saxlanan istiqrazlar üzrə faizlər də daxil olmaqla, ödənişləri etmək üçün maliyyəsi tükənmək üzrədir. Çin ABŞ-ın borc limitini yüksəltməsi üçün “vaxtın keçdiyi” haqda xəbərdarlıq edib. ABŞ-ın borc limitini yüksəltməsi üçün son möhlət oktyabrın 17-i bitir.

Demokrat prezident Barak Obama və onun Konqresdə respublikaçı opponentləri büdcə prioritetləri ilə əlaqədar hökumət idarələrinin bağlanmasına gətirib çıxarmış fikir ayrılıqlarını həll edə bilməyib.

Respublkaçılar cənab Obamanın səhiyyə islahatlarının dayandırılması və ya gecikdirilməsini istəyir. Prezident Obama Konrqesi heç bir şərt qoyulmadan büdcə layihəsini təsdiq etməyə və borc limitini yüksəltməyə çağırıb.

Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatasının spikeri Con Beyner ABC tele-şirkətinə müsahibədə deyib ki, prezident büdcə və vergi siyasəti məsələlərini müzakirə etməkdən imtina edərək, ölkəni ilk dəfə olaraq defolt olmaq təhlükəsi qarşısında qoyur.
XS
SM
MD
LG