Accessibility links

ABŞ Dövlət Departamenti İslam Dövləti qrupunun Fransada, Birləşmiş Ştatlarda və başqa yerlərdə yeni hücumlar keçirməyi planlaşdırdığını təsdiq etmək üçün informasiyanın olmadığını bildirib.

Dövlət Departamenti bunu internetdə Anonyous qrupu tərəfindən yerləşdirilən informasiya ilə bağlı sualın cavabında bəyan edib. Anonymous İtailya və Livanda da hədəflər daxil olmaqla, hücumların planlaşdırıldığıına dair informasiya əldə etdiyini bildirib. Qrup hədələrlə bağlı xüsusi məlumat verməsə də, informasiyanı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu, habelə Britaniyanın MI5 kəşfiyyat agentliyinə göndərib.

Hədəflərdən birinin ABŞ-ın Atlanta şəhərində professional güləş üzrə yarışların ola biləcəyini təxmin edilir. Federal Təhqiqatlar Bürosu verdiyi bəyanatda hədələri ciddi qəbul etdiyini, lakin hər hansı bir hücumla bağlı xüsusi və ya əsaslı informasiyaya malik olmadığını bildirib.

Dövlət Departamenti dünya ölkələrində öz nümayəndəliklərində əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı suala cavab verməyib, lakin son günlər baş verən hadisələrlə əlaqədar yüksək səviyydə təhlükəsizlik şəraitində işlədiyini bildirib.

XS
SM
MD
LG