Accessibility links

Ekspertlər: Hakerlər ABŞ-da elektron səsvermə sistemini hədəf ala bilər


ABŞ-ın elektron səsvermə sistemi haker hücumunun hədəfi ola bilər
please wait

No media source currently available

0:00 0:02:17 0:00

ABŞ-ın kiber təhlükəsizliyi üzrə mütəxəssisləri Demokrat partiyasının kompyuter sisteminə xarici ölkələrdə hakerlər tərəfindən hücumların gələcəkdə daha ciddi hal ala biləcəyini bildirir. Onların sözlərinə görə, gələcəkdə ABŞ-ın elektron səsvermə sistemi belə hücumların hədəfi ola bilər.

Keçən ay Wikileaks veb saytında Demokrat partiyasının milli komitəsinin emaillərinin ictimaiyyətə açıqlanması partiya üçün ciddi nəticələndi və partiyanın sədri, Konqresin qadın üzvü Debbi Vasserman Şults istefa verməli oldu.

Kiber təhlükəsizliyi məsələləri üzrə təhlilçi Riçard Forno Amerikanın Səsinə müsahibədə bildirib ki, bu, hakerlərin siyasi məqsədlərinə çata və hücumlarını gücləndirə bildiyini göstərir

Riçard Forno: “Seçki prosesinə, ölkələrin siyasi prosesinə müdaxilə kəşfiyyat və xarici siyasətdə əsas vasitələrdən biridir. Buna görə də, biz elektron səsvermə sistemini inkişaf etdirsək və hər yerdə, istənilən yerdə səs vermək imkanı yaratsaq, ənənəvi təhlükələr bizdən uzaqlaşmayacaq və indi kiber məkanda bu təhlükələr getdicə daha da yaxınlaşacaq.”

Elektron səsvermə maşınları bu kiber məkanın bir hissəsidir. ABŞ-ın ştatlarının çoxunda noyabr ayında milli seçkilərdə onlardan istifadə ediləcək.

Lakin 2015-ci ildə Nyu York Universitetinin apardığı sorğuya əsasən, bu ştatların 43-də maşınların yaşı ondan çoxdur. Bu maşınların haker hücumuna məruz qalması mümkündürmü?

Las Veqasda Black Hat konfransında iştirak edən kiber təhlükəsizliyi üzrə mütəxəssislər bunun mümkün olduğunu fikirləşir.

Bu mütəxəssirlərdən biri Toni Qidvanidir. “Biz 2014-cü ildə Ukraynada seçkidən üç gün əvvəl mərkəzi seçki komissiyasının genişmiqyaslı haker hücumuna məruz qaldığının şahidi olduq. Bu, onların səsverməni cədvəl üzrə keçirməsinə mane oldu. Bundan sonra isə kompyuter sistemində nəticələrin elan olunmasından əvvəl mövcud virusa görə tamamilə fərqli nəticələr verilmişdi.”

Səsvermə maşınları səslərin hesablanmasında problem yarandığı halda kağız üzərinə yazılmış nəticələri də açıqlayır.

Lakin kağızdakı nəticələr kifayət etməyə bilər.

Kiber təhlükəsizliyi mütəxəssisləri bildirir ki, təşkilatçılar infrastrukturun qorunması üçün hakerlərin internetdə fəaliyyətlərindən xəbərdar olmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG