Accessibility links

2014-cü ildə 2.4 faiz artım qeydə alınıb

2014-cü ilin son aylarında ABŞ iqtisadi artımı yavaşlayıb.

Ticarət Nazirliyinin cümə günü yaydığı hesabatda ÜDM-nin 2014-cü ilin dördücü kvartalında 2.2 faiz artdığı bildirilib.

Bu rəqəm təxminlərdən və üçüncü kvartalda qeydə alınan artımdan iki dəfə azdır.

Ticarət rəsmiləri ÜDM artımını federal hökümətin xərclərinin azalması və idxalın artması ilə əlaqələndirir.

Ümumilikdə 2014-cü ildə isə 2.4 faiz artım qeydə alınıb ki, bu rəqəm 2013-cü ilə nisbətən yüksəkdir.

Bu il xəbər agentliklərinə müsahibə verən bir sıra iqtisadçı artan istehlakçı xərcləri və digər amillərin ABŞ iqtisadi artımını 3 faiz və ya daha yüksək edə biləcəyini deyib.

XS
SM
MD
LG