Accessibility links

2012-ci il iqtisadi baxımdan ehtiyatlı artım, geriləmələr və sürpriz ili olub




2012-ci il iqtisadi baxımdan ehtiyatlı artım, geriləmələr və sürpriz ili olub. Bu il siyasi qalmaqalları ilə də yadda qalacaq. ABŞ-da işsizlik son 4 ildə bir qədər azalıb, ev satışlarında stabillik müşahidə edilib, maliyyə bazarları nağd pulla dolub.
2012-i sona çatır. Bu il iqtisadi dirçəliş gözləntilərə cavab verməyib. ABŞ bu sahədə tək deyil. Tənəzzülə uğrayan iqtisadiyyatların dirçəldilməsi təşvişi hökumətlərin qazanclarından çox məsrəflərinə yol açıb. Bu, mühafizəkar iqtisadçı Riçard Ranın fikridir. "Əgər dövlətlər xərclərini iqtisadi artıma uyğunlaşdırsa idi, hazırkı qarışıqlıq olmayacaqdı. "

Digərləri isə hesablamaların göründüyü kimi bəsit olmadığını deyir. Məsələn, iqtisadçı Desmond Laxmanın fikrincə, Yunanıstanın ciddi ixtisarları, ikinci kredit üçün üzləşdiyi şərtlər təzənəzzülü dərinəşdirməklə yanaşı, ölkənin valyutasını təhlükəyə salıb. "Biz həqiqətən olduqca ciddi ölçülərə əl atırıq. Beynəlxalq Valyuta Fondu bu ölçüləri səmərəsiz hesab edir. Avropalılar 2012-ci ilin problemlərinə yol açan bu ölçülərdən əl çəkmir."

Xüsusilə Vaşinqtonda güzəştlər asanlıqda əldə edilməyəck. Maliyyə uçurumu ilə bağlı Ağ Evlə Konqres arasında qızğın müzakirələrə baxmayaraq, hələ də razılıq əldə edilməyib. Yanvar ayının 1-dən etibarən məsrəflərin kəskin ixtisatı və vergilərin artımı qüvvəyə minə bilər. Ölkənin 16 trillionluq borclrının azaldılması sahəsində güzəştlər olmasa, resessiya gözlənilir. Problem Amerikanın yalnız iqtisadiyyatı ilə bağlı deyil, burada siyasi sistemin də rolu böyükdür. Bu, maliyyə islahatlarını dəstəkləyən iqtisadçı Robert Biksbinin fikridir. "Siyasi disfunksiya, iqtisadi disfunksiyadan daha təhlükəlidir."

Pew araşdırma mərkəzindən iqtisadçı Brus Stoks." Bizim iqtisadi tənəzzüllə üzləşməyimiz, hamının zərərinə olacaq."

Avropada bəzi inkişaflara baxmayaraq, BVF-in 2013-cü il üçün proqnozları sevindirici deyil. Belə ki, təşkilat bazar iqtisadiyyatının yavaşayacağını təxmin edir. Mərkəzi Bankın direktoru Ben Bernnake ABŞ qanunvericilərini qeyri-müəyyən müddət üçün liderlik səylərini gücləndirməyə çağırıb. "Qeyri-müəyyənliklər yubanmalar və ixtilafları artıracaq. Bunun əksi olaraq əməkdaşlıq və yaradıcılıq gələn il iqtisadiyyatların dirçəlişinə yol aça bilər."

ABŞ-da zəngin amerikalıların daha artıq vergi ödəməsinə dair kompromiz əldə edilə bilər. Lakin ilin bitməsi və yeni ilin başlanğıcı diqqət mərkəzində siyasi baxımdan qütbləşən Amerikanın iqtisadi durumu bə onun dünya ölkələrini təsiri yer alır.
XS
SM
MD
LG