Accessibility links

Ötən rübdə ABŞ iqtisadiyyatında durğunluq yaranıb


Federal Ehtiyatlar Bürosunun sədri Ben Bernanke
Federal Ehtiyatlar Bürosunun sədri Ben Bernanke
ABŞ Mərkəzi Bankı rəsmilərinin məlumatına görə bu ay iqtisadiyyatda durğunluq yaranıb. Federal Ehtiyatlar Bürosu qərara gəlib ki, iqtisadiyyata təkan vermək üçün səy göstərməyə davam edəcək.

Bu proqrama bir ayda 85 milyard qiymətli kağız alqısı və uzun-dönəmli faizləri düşürmək daxildir. Bank həmçinin qısa-dönəm faizlərini bir vaxtlar olduğu kimi rekord aşağı səviyyədə saxlamağı planlaşdırır.

Federal Ehtiyatlar Bürosunun qərarı ABŞ iqtisadiyatının 2012-ci ilin son üç ayında kiçilməsini göstərən araşdırma ilə eyni gündə gəlib. Hökümət mütəxəssisləri yavaşılamaya səbəb kimi hökümət xərcləmələrindəki ixtisarı, ixracatdakı azalmanı və bizneslərin invertarlarının az tutumunu göstəriblər.

Ticarət Departamentinin çərşənbə günü verdiyi bəyanatda deyilir ki, iqtisadiyyat dördüncü rübdə illik 0.1 faiz kiçilib. Bu, 2009-dan bu yana durğunluqda müşahidə edilən ən pis göstəricidir.

Kiçilmə bundan əvvəlki rübdəki illik üç faizlik artımla təzad təşkil edir. Ən son bəyannamə Vaşinqtonun xərcləmələrdəki ixtisar qərarından və ABŞ istehlakçısının yüksək faizlərlə üzləşdiyi vaxt çıxarılıb. Avropadakı durğunluq ixracata zərər vurub və ABŞ istehsallı mallara tələbin azalmasına səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG