Accessibility links

İranla ABŞ arasında məhbus mübadiləsi baş tutub [Video]


ABŞ vətəndaşlarından 3-ü bazar günü Avropaya gəlib. Bir məhbus isə daha öncə azad olunub və İranda qalmağa qərar verib.

Ötən həftə İrana qarşı tətbiq olunan əksər sanksiyaların aradan qaldırılması mübadilində İran həbs edilən beş amerikalını azadlığa buraxıb, Birləşmiş Ştatlar isə öz növbəsində yeddi iranlı məhbusu əfv edib. ABŞ vətəndaşlarından 3-ü bazar günü Avropaya gəlib. Bir məhbus isə daha öncə azad olunub və İranda qalmağa qərar verib.

Vaşiqnton Post qəzetinin cəsur jurnalisti İran xalqının gündəlik həyatlarından və ümidlərindən yazırdı. İl yarım həbsdə saxlanılan Rezayan mətbuat azadlığına həyat verən cəsarəti əks etdirir.

Azadlığa buraxılan üç amerikalı hazırda Almaniyanın hərbi xəstəxanasında müayinədən keçir. ABŞ Dəniz Donanmasının sabiq əsgəri Əmir Hikməti casusluq ittihamı ilə son dörd ili həbsdə keçirib, xristian keşiş olan Səid Abedini isə 2012-ci ilin iyul ayından bəri dini fəaliyyətinə görə həbsdə idi. Ötən ilin noyabr ayında məhkum olunan Vaşinqton Post qəzetinin müxbiri Ceyson Rezayan isə həbsdə 500 gün keçirib. ABŞ prezidenti Barak Obama onların azadlığa buraxılmasını alqışlayıb.

“Ceyson Rezayan evinə dönür. Vaşiqnton Post qəzetinin cəsur jurnalisti İran xalqının gündəlik həyatlarından və ümidlərindən yazırdı. İl yarım həbsdə saxlanılan Rezayan mətbuat azadlığına həyat verən cəsarəti əks etdirir”.

Rezayanın ABŞ-dakı ailəsi isə çox xoşbəxtdir.

Əmir Hikməti

Əmir Hikməti

“Bu, çox gözəl xəbərdir. Biz çox sevinirik. Mən onu görmək üçün səbirsizlənirəm. Mən sadəcə ümid edirəm ki, onun sağlamlığı yerindədir.”

Vaşinqton Post qəzeti də müxbirinin azadlığa buraxılmasını xoş qarşılayıb. Lakin tənqidçilər İranın lazım olan hər şeyi tam yerinə yetirmədiyini deyir.

“Onun azadlığa buraxılması Ceyson Rezayan və ailəsi üçün şad xəbərdir. Amma mənim fikrimcə, bunun İranda hələ də həbsdə olan digər 18 jurnalist, eləcə də həbs təhlükəsi altında fəaliyyətlərini davam etdirən jurnalistlər üçün yaxşı xəbər olduğunu demək üçün çox tezdir”.

Bazar günü ABŞ-da həbsdə olan yeddi iranlı da azadlığa buraxıldı. Prezident Obama onların sərbəst buraxılmasını bazar günü etdiyi çıxışında şərh edib.

Qarşılıqlı humanitar jest olaraq ABŞ-da məhkum olunan və ya məhkum olunma prosesində olan altı iran amerikalısı və bir iranlı əfv olunub. Bu insanlar hər hansı zorakı cinayət və ya terrorda ititham olunmayıb. Onlar sadə vətəndaşlardır və onların tərxisi İrana qarşı bir dəfəlik jestdir.

“Qarşılıqlı humanitar jest olaraq ABŞ-da məhkum olunan və ya məhkum olunma prosesində olan altı iran amerikalısı və bir iranlı əfv olunub. Bu insanlar hər hansı zorakı cinayət və ya terrorda ititham olunmayıb. Onlar sadə vətəndaşlardır və onların tərxisi İrana qarşı bir dəfəlik jestdir.”

Prezidentliyə Respublikaçı namizəd Ted Kruz nüvə razılığının bir hissəsi olaraq iranlı məhbusların azadlığa buraxılmasını şiddətlə qınayıb.

“Biz İrana qarşı sanksiyaları pozmaqda və İrana nüvə silahları inkişaf etdirməyə yardım etdiklərinə görə həbs olunan yeddi insanı azadlığa buraxırıq. Bunlar kimi qanunu pozan 10-a yaxın digər insan var ki, biz onların məhkəməyə cəlb olunmayacağına razılaşmışıq”.

Həm ABŞ, həm də İran prezidentləri beynəlxalq sanksiyaların aradan qaldırılması mübadilində Tehranın nüvə proqramını məhdudlaşdırmağa yönəlmiş nüvə razılığını alqışlayıb. Lakin hər ikisi iki ölkə arasında inamsızlığın olduğunu da ifadə edib.

XS
SM
MD
LG