Accessibility links

Birləşmiş Ştatlar İran rəhbərliyinin mənafeyinə xidmət edən şirkətləri hədəf alaraq, İranın nüvə proqramı ilə bağlı Tehrana təzyiqləri artırır.

ABŞ rəsmiləri EİKO adı ilə tanınan İmam Xomeyninin Əmrinin İcrası və onun 37 filialını qara siyahıya daxil edərək, Vaşinqtonun İran liderlərinin hesablarını dondurmasına imkan verən addım atıblar.

Maliyyə nazirliyinin bəyanatında deyilir ki, şirkət və onun filialları İran xalqından və beynəlxalq nəzarət orqanlarından gizli saxlanan böyük maliyyəyə malikdir. ABŞ rəsmiləri bu şirkətlərin əmlak satışları vasitəsilə böyük maliyyə əldə ediyini və İran banklarından əlverişli kreditlər aldığını bildirib.

Dövlət katibinin terrorizm və maliyyə kəşfiyyat məsələləri üzrə müavini Deyvid Kohen EİKO-nu İran xalqının hesabına ölkə rəhbərliyinə maliyyə gətirən qaranlıq bir şəbəkə adlandırıb.
XS
SM
MD
LG