Accessibility links

İran-ABŞ qarşılıqlı əlaqələrində yeni şərait inkişafa gətirib çıxaracaqmı? [Təhlil]


Ekspertlər İran və ABŞ arasında qarşılıqlı əlaqələrin qurulmasında yeni, fərqli ab-havanın yarandığını, lakin hərbi varianatın hələ də masa üzərində qaldığını qeyd edir. Londonda Beynəlxalq Strateji Araşdırmalar institutunda ekspert Mark Fitzpatrik diplomatik sahədə inkişaf əldə edilməsə, yenidən gərgin vəziyyətin yarana biləcəyinə dair xəbərdarlıq edir.

Amerikanın Səsinə müsahibədə Mark Fitzpatrik hazırda qarşılıqlı əlaqələrin qurulmasına yönəlmiş bütün işarələrin müsbət xarakter daşıdığını qeyd edir:”Əgər İran razılıq əldə etmək istəsə, prezident Obama fikrimcə, buna hazırdır.”

Mark Fitzpatrikin sözlərinə görə, hazırkı səviyyədə əhatəli razılığın əldə ediləcəyini gözləmək olmaz:”Hökumətlər nə əldə etsə, bu, etibarın yaradılması istiqamətində atılan addım olacaq. Amma hazırkı səviyyədə bu, hər iki tərəfin məsələyə ciddi yanaşdığına işarə edir. Əsas məsələ onların nədən danışacağı olacaq. Tərəflər həqiqətən də müzakirə aparıb bəzi güzəştləri qəbul edənə qədər indiyə kimi bütün ictimia əlaqələr və “gülümsəmə diplomatiyası”nın heç bir əhəmiyyəti yoxdur.”

Ekspert deyir ki, İranın nüvə proqramı ilə bağlı müzakirələrdə İranın xarici işlər naziri və ABŞ dövlət katibinin iştirakı real inkişaf üçün bir imkan yarada bilər. Mark Fitzpatrik müzakirələrin hazırda fərqli atmosferdə baş tutacağını bildirir. Bununla belə o deyir ki, hərbi variantın masa üzərində qaldığı da unutmamalıdır:”Mən bunun qüvvədə qaldığını nəzərdə tuturam. Əgər gələn ilin yayına qədər problemin diplomatik yolla həlli baş tutmasa, təəssüflə qeyd etmək istəyirəm ki, müharibənin mümkünlüyü məsələsi yenidən masa üzərinə qayıda bilər.”

Mark Fitzpatrikin fikrincə, İran xalqı Həsən Ruhanini prezident seçməklə ona İranın nüvə diplomatiyası sahəsində fərqli kurs götürməsi üçün mandat verbi. BMT-nin Bas Assambleyasının sessiyasında çıxışı zamanı prezident Ruhani İranın nüvə silahları istehsal etməkdə maraqlı olmadığını deyib.

Mark Fitzpatrik deyir ki, əgər İran həqiqətən də nüvə silahları istehsalında maraqlı deyilsə, o zaman məhdudiyyətləri qəbul etməlidir. O, müzakirələrin məhz bununla nəticələnəcəyinə ümid bəslədiyini bildirir.
XS
SM
MD
LG