Accessibility links

ABŞ mediası İrana qarşı sanksiyaların yüngülləşdirilə biləcəyindən yazır



ABŞ mediasında prezident Barak Obama administrasiyasının İrana qarşı Tehranın nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş sanksiyalar vasitəsilə təzyiqləri tədricən azalda biləcəyi haqda yazılar dərc edilib.

Sanksiyaların yüngülləşdirilməsi kimi ABŞ-ın İranın xaricdəki dondurulmuş hesablarının tədircən azad edə bilməsi qeyd edilir.

Adının açıqlanmadığı ABŞ rəsmisinə istinadən bu məlumatlar mediada İran və dünya qüdrətləri arasında bu həftə Cenevrədə keçirilən danışıqlardan sonra verilib.

ABŞ administrasiyası hələlik bununla bağlı açıqlama verməyib. Lakin Ağ Evin sözçüsü Cey Karni mətbuat konfrasında bildirib ki, İran danışıqlarda indiyə qədər müşahidə edilməmil səviyyədə ciddilik nümayiş etdirib.

Ağ Evin nümayəndəsi Bernadet Mihan isə deyib ki, İrana qarşı sanksiyaların yüngülləşdirilməsinə dair fikir söyləmək hələ tezdir. Onun sözlərinə görə, ABŞ-ın sanksiyaların yüngülləşdirilməsini nəzərdən keçirə bilməsi üçün İran ilk növbədə fəaliyyətlərinin şəffaf olduğunu və bu fəaliyyətlərin yoxlana bildiyini nümayiş etdirməlidir.
XS
SM
MD
LG