Accessibility links

ABŞ-da əmək bazarında vəziyyət yaxşılaşır


2016-ci ilin sonunadək ABŞ-da işsizlik səviyyəsinin 4,7 faizə enəcəyi təxmin edilir

Credit Suisse Bankının təhlilçisi Culia Dumanskayanın apardığı yeni araşdırmaya əsasən, gələn bir neçə il ərzində ABŞ-da işsizlik səviyyəsinin azalması, milyonlarla insanın yeni işlə təmin olması və maaşların artması gözlənilir.

​Dumanskaya bildirir ki, zəif iş perspektivləri və iqtisadi tənəzzül nəticəsində gözlənildiyindən daha çox sayda insan yaxşı işlə təmin olmaq ümidi ilə universitetlərdə təhsil alıb və müxtəlif təlimlərdə iştirak etməyə təşviq edilib. O, həmçinin qeyd edib ki, ABŞ iqtisadiyyatınfs artım gələn 1-2 il ərzində 2,5 milyon insanın iş tapması deməkdir.

Dumanskaya 2016-ci ilin sonunadək ABŞ-da işsizlik səviyyəsinin 4,7 faiz təşkil edəcəyini təxmin edir. Tənəzzül dövründən bəri işsizlik səviyyəsi artıq 10 faizdən 5,5 faizə enib.

Credit Suisse-in araşdırmasında qeyd edilib ki, işsizlik səviyyəsi enəndə şirkətlər peşəkar işçilərin cəlb edilməsi üçün daha qızğın rəqabət aparır. Bu isə maaşlara müsbət təsir göstərir. Lakin son dövrlərdə maaşların əvvəllərlə müqayisədə daha yavaş artdığı müşahidə edilir. Bunun səbəbi yeni iş yerlərinin pərakəndə satış və mehmanxana biznesi kimi aşağı maaşlı sektorlarda yaranmasıdır. İnformasiya texnologiyaları və maliyyə sahələrində isə maaşlar daha çox artıb. Lakin bu iş yerlərinin əmək bazarında payı az olduğu üçün orta əmək haqqının artmasına kömək edə bilmir.

Credit Suisse bankının binası
Credit Suisse bankının binası

Dumanskaya deyir ki, işçilərin məhsuldarlığı artsa ,maaşların da artımı sürətlənə bilər, amma durğun bizness sərmayələri bunun qarşısını alır.

PNC bankının baş iqtisadçısı Qas Foşebu ABŞ-da əmək bazarı, işsizlik əsviyyəsi və maaş artımı ilə bağlı nikbin baxışları bölüşür. O, ilin sonunadək daha çox universitet məzununun peşələrinə uyğun sahələrdə iş tapa biləcəyini deyir.

İqtisadçılar tənəzzülün bir neçə il bundan öncə bitdiyini desələr də, Foşe bildirir ki, tam ştatda çalışan işçilərin sayının azaldlıması həm işçilər, həm də işə götürənləri iqtisadiyyatın hələ də bərpa mərhələsində olduğuna inandıra bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG