Accessibility links

ABŞ qarşıdan gələn həftələr Suriya və İraqda İŞİD-ə qarşı hava hücumlarını intensivləşdirəcək


ABŞ hərbi hava qüvvələrinin general-leytenantı Çarlz Braun

ABŞ hərbi hava qüvvələrinin general-leytenantı Çarlz Braun

ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə yüksək rütbəli rəsmisi Birləşmiş Ştatların sentyabr və oktyabr aylarından fərqli olaraq qarşıdan gələn həftələr Suriya və İraqda İslam dövləti qrupunun yaraqlılarına qarşı hava hücumlarını artıracağını bildirib.

Hərbi hava qüvvələrinin general-leytenantı Çarlz Braun deyib ki, koalisiyanın bomba hücumları kampaniyasında yavaşıma pis hava şəraiti və İslam dövləti qrupunun yaraqlılarının quruda fəal hərəkət etməməsi ilə izah olunur. Onun sözlərinə görə, hərbi rəsmilər İŞİD yaraqlılarının indi quruda daha fəal hərəkət etməyə başladığını müşahidə edir.

Dubayda Hərbi hava qüvvələri komandanlarının beynəlxalq konfransı çərçivəsində açıqlama verən general-leytenant Braun ABŞ-ın başçılığı ilə koalisiyanın Rusiyanın Suriyada hava hücumları ilə əlaqədar daha az zərbələr endirdiyi ilə bağlı tənqidləri qəbul etməyib.

O deyib ki, ABŞ və Rusiya arasında Suriyada hərbi hücumlarda iştirak edən təyyarələrin havada toqquşmasının qarşısının alınması ilə məqsədilə keçən ay əldə edilmiş razılıq ABŞ hərbi qüvvələrinin lazım olduğu halda hava hücumları həyata keçirməsinin qarşısını almır.

"İşi yerinə yetirmək üçün biz hara lazımdırsa oraya uçuşları icra edirik"-deyə general Braun bildirib.

Birləşmiş Ştatlar və onun mütəfiqləri bir ildən artıq müddətdir Suriyada və İraqda İslam dövləti qrupunun yaraqlılarına qarşı hərbi hava hücumları həyata keçirir. Ekstremist qrup hər iki ölkədə böyük əraziləri ələ keçirib.

XS
SM
MD
LG