Accessibility links

ABŞ müdafiə rəsmiləri deyir ki, Amerikanın xüsusi əməliyyat qüvvələri tərəfindən ələ keçirilən İslam Dövləti əməliyyatçıları yaraqlı qrupun İraqda həyata keçirdiyi kimyəvi silah proqramının əsas iştirakçılarındandır. Çərşənbə günü orada terrorçu qrupun qaz hücumları həyata keçirdiyi bildirilir.

Adı açıqlanmayan şübhəli şəxsin ələ keçirildiyi xəbəri ötən ay çıxsa da, onun kimyəvi silahlarla əlaqəsi olduğu indiyə qədər bildirilməmişdi. İslam Dövləti agenti yükəsk rütbəli İŞİD liderlərini müəyyən edib, onlar barədə kəşfiyyat toplamaq məqsədilə yaranmış ABŞ-ın xüsusi təyinatlı ixtisaslaşdırılmış hərbi qüvvələrinin İraq və Suriyada apardığı reydlər zamanı ələ keçirilib.

İraqdakı rəsmilər İslam Dövləti döyüşçülərinin çərşənbə axşamı və çərşənbə günü Bağdadın şimlaında yerləşən bir şəhərə xardal qazı ilə dolu raketlər atdığını bildirib. İraq və kürd rəsmiləri sakinlərinin şiə türkmənlərin əksəriyyət təşkil etdiyi Taza Xurmatu şəhərinə hücum zamanı onlarla mülki vətəndaş yaralanıb.

Raketlərdən sarımsaq iyi gəlirdi və baş gicəllənməsi ilə ürək bulanması yaradırdı,” deyə Taza Xurmatunun mülki müdafiə ofisinin başçısı Soran Cəlal bildirib. O, müstəntiqlərin silahlarda xaldal qazı olduğunu təsdiqlədiyini deyib.

Türkmənlərin yaşadığı şəhərin şimalında kürd sakinlərin əksəriyyət təşkil etdiyi Kərkük şəhərinin komandiri təxminən 30 nəfərin xəstəxanada müalicə olunduğunu bildirib. Leytenant Məhəmməd Qadirin Amerikanın Səsinə verdiyi məlumata görə, xəsarət alaınlardan 5-nin kimyəvi maddələrdən üzləri yanıb.

Bundan əlavə Kərkükdə polis rəsmisi, Briqadir Generalı Sərhad Qadir deyib ki, raketlərin Taza Xurmatuya İslam Dövləti qrupuun nəzarət etdiyi bölgədən atıldığını müəyyən edilib.

ABŞ Milli Kəşfiyyat agentliyinin direkrotu Ceys Klapper bir ay əvvəl Konqresə İslam Dövlətinin həm İraq, həm Suriyada kimyəvi silahlardan istifadə etdiyini bildirib. Mərkəzi Kəşfiyyat agentliyinin (CIA) direktoru Con Brennan daha sonra İŞİD-in həm xlor, həm də xardal qazı istehsal etmək qabiliyyətinə malik olduğunu təsdiq edib.

ABŞ rəsmiləri İslam Dövlətinin hələ də kimyəvi silah proqramı inkişaf etdirdiyini bildirir. Buna görə də ekspertlər terrorçu qrupun döyüş meydanında kimyəvi silahlardan istifadəsinin “qorxuducu mahiyyət daşıdığını” hesab edir.

Amerika rəsmilərinin bildiridyinə görə, İslam Dövləti döyüşçüləri hələ də əldəqayırma partlayıcı maddələrdən, ya da intiharçı bombalardan istifadə edir.

XS
SM
MD
LG