Accessibility links

ABŞ-da iş yerlərinin sayı artıb [Video]


Fevral ayında ABŞ əmək bazarına 242 min yeni iş yeri əlavə olunub. İşsizlik səviyyəsi dəyişməz olaraq 4.9 faiz qalıb, əmək haqlarında da heç bir dəyişiklik olmayıb. Lakin işə qəbul edənlər bunun o qədər də mənfi cəhət olmadığını deyir.

Bəzi siyasətçilər Amerika iqtisadiyyatının problemli olduğunu iddia edir. Amma bu belə deyil. Amerika çox yaxşı vəziyyətdədir.

İşə qəbul edənlər və iş axtaranlar üçün fevral ayı müsbət keçib. İş axtarışı saytı İndeed.com işə qəbul etmək istəyənlərin sayının artdığını bildirir. Saytın baş iqtisadçısı Taran Sinkler çox iş yerlərinin tutulmayacağı barədə narahatlıqların olduğunu deyir.

“Biz işə qəbul edənlərin iş yerlərini doldura biləcəyinə ümid edirdik, çünki saytda iş yerlərinin sayı həqiqətən də rekord dərəcədə çox idi.”

Barak Obama isə prezidentliyə namizədlərin ABŞ iqtisadiyyatının zəif olduğu ilə bağlı kampaniya ritorikasının səhv olduğunu deyir.

“Bəzi siyasətçilər Amerika iqtisadiyyatının problemli olduğunu iddia edir. Amma bu belə deyil. Amerika çox yaxşı vəziyyətdədir.”

Əmək yarmarkası

Əmək yarmarkası

İnşaat və səhiyyə sahəsində çox sayda yeni iş yeri açılsa da, ən çox iş yeri ən az maaşlı səhələrdə, yəni yemək və pərakəndə satış sektorunda olub. Mədənçilik və enereji sahəsində isə iş yerləri və maaşlar azalıb.

“242 min yüksək rəqəmdir və maaş artmadan bu qədər çox iş yerinin yaranması vəziyyətin daha da yaxşılaşa biləcəyindən xəbər verir.”

Amerika Diplomlu Mühasiblər İnstitutunun apardığı yeni sorğuya əsasən, biznesə etimadın azalması işə qəbul edənlərin daha ehiyatlı davarmağına səbəb olduğunu ehtimal edir.

“Bu sorğu onu göstərir ki, insanlar iqtisadiyyatın tənəzzüllə doğru gedəcəyindən narahatdır.”

Əmək bazarında əmək haqqından başqa hər bir sahədə artım var. Amma əmək haqqı da gələn bir necə kvartal ərzinə artacaq.

Lakin iqtisadçı Rayn Suitin sözlərinə görə, qlobal tənəzzüllün ABŞ iqtisadiyyatına təsir göstərəcəyi ilə bağlı narahatlıqlar şişirdilib.

“Əmək bazarında əmək haqqından başqa hər bir sahədə artım var. Amma əmək haqqı da gələn bir necə kvartal ərzinə artacaq. Səhm qiymətlərində enmə istehlakçı və ya biznes, ya da investorlara psixoloji təsir göstərməyə başladıqda bunun öhdəsindən gələ biləcəyimizi düşünürəm.”

Yeni iş yerləri ilə bağlı rəqəmlər əmək bazarında yüksəlişi proqnozlaşdırır. Hər həftə 180 milyon ziyarətçisi olan İndeed.com saytı isə iddia edir ki, iş axtaralar üçün indi ən yaxşı zamandır.

XS
SM
MD
LG