Accessibility links

ABŞ-da dekabr ayında iş yerlərinin sayı artıb [Video]


Ümumilikdə ötən ay ərzində 292 min yeni iş yeri açılıb.

ABŞ-da dekabr ayında iş yerlərinin sayı artıb. Ümumilikdə ötən ay ərzində 292 min yeni iş yeri açılıb. İşsizlik səviyyəsi 5 faiz təşkil edir ki, bunun ən böyük səbəbi işsiz amerikalıların iş axtarmaq üçün özlərinə tam güvənməmələridir. Digər tərəfdən isə Çindəki iqtisadi artımın yavaşlaması maliyyə bazarlarında hərəkət yaradır.

Biz indidən başlayaraq ilin sonunadək Fed-in hər kvartal faiz dərəcələrini 1 faiz artıracağını müşahidə edə bilərik.

ABŞ iqtisadiyyatı beynəlxalq iqtisadi problemləri aşaraq 2015-ci ilin son ayında ilin ən yaxşı məşğulluq göstəricilərinə sahib olub.

Bankrate.com-un baş təhlilçisi Mark Hamrickin sözlərinə görə isə problemli maliyyə bazarları sahəsində 2016-cı ilə başlamağın ən yaxşı yolu gözləntiləri aşmaqdır.

“Dünya iqtisadiyyatının üzərində qara buludlar dolaşdığı üçün, dekabr ayında iş yerlərinin artmasını müşahidə etmək bir az təəccüb doğurdu. Bundan əlavə dekabrdan əvvəlki iki ayda da artım müşahidə olunub.”

Ən çox iş yerləri yaradan biznes və xidmət sektorları ilə birgə inşaat sektoru olub ki, onlar ümumilikdə iqtisadiyyata 45 min yeni iş yeri əlavə ediblər. Mədənçilik sahəsində isə iş yerləri azalmaqda davam edib. Buna səbəb azalan tələbat və aşağı əmtəə qiymətləridir. Lakin baxmayaraq ki, aşağı işsizlik göstəriciləri Wall Street-də bəzi narahatlıqlara son qoyub, eyni zamanda bu hal Federal Ehtiyyatlar Bürosunun faiz dərəcələrini artırmasına təsir etməsi ilə bağlı naratlıqlara yol açır.

Əmək yarmarkası

Əmək yarmarkası

“Biz indidən başlayaraq ilin sonunadək Fed-in hər kvartal faiz dərəcələrini 1 faiz artıracağını müşahidə edə bilərik.”

İş yerlərinin artmasına baxmayaraq, əmək haqqı, demək olar ki, artmır. Bu isə o deməkdir ki, 2016-cı ildə faiz dərəcələrində hətta kiçik artım belə istehlakçılara ziyan vura bilər. Belə ki, bu halda qısa müddətli kreditlərin dəyəri artacaq.

Standard and Poor’s iqtisadçısı Beth Ann Bovinonun sözlərinə görə, iqtisadiyyatdakı digər bir problem işçi fəallığının aşağı olmasıdır.

“Hazırda işçi fəallığı 38 ildəki ən aşağı səviyyədədir ki, o zaman bir çox qadın işləmirdi. Bu da onu göstərir ki, indi də işçi fəallılığında durğunluq mövcuddur. Yaxşı xəbər isə odur ki, biz inkişaf müşahidə edirik. İqtisadiyyat gücləndikcə isə işsizlik səviyyəsinin bir az da enəcəyini gözləyirik.”

2015-ci ilin sonunda daha çox insanın işə qəbul olunmasını müşahidə etmək çox gözəl idi. Bu, 2016-ci ilə yaxşı nümunədir.

Gözlənildiyindən də yaxşı iqitsadi göstəricilərin olmasında baxmayaraq, dekabr ayında iki milyona yaxın amerikalı 6 ay və ya daha uzun müddət işsiz olub. Digər altı milyon isə təkcə yarım-ştat iş tapa bilib. Amma Mark Hamrick deyir ki, iş yerlərinin artımı bu sürətdə davam etsə tam məşğulluq - yəni işsizlik səviyyəsinin 5 faizdən aşağı düşməsi- yaxın zamanda baş verə bilər.

“2015-ci ilin sonunda daha çox insanın işə qəbul olunmasını müşahidə etmək çox gözəl idi. Bu, 2016-ci ilə yaxşı nümunədir.”

XS
SM
MD
LG