Accessibility links

ABŞ İslam Dövləti qrupuna qarşı yeni hava hücumları keçirib


Mideast US Iraq

Mideast US Iraq

ABŞ hərbi qüvvələri İraqın şimalında İrbil şəhəri yaxılığında ekstremist militantlar və hərbi texnikanın hədəf alındığı yeni hava hücumları keçirib.

ABŞ-ın Mərkəzi Komandanlığının verdiyi məlumata görə, hava hücumları cümə və şənbə günləri keçirilib.

Qonşu Suriyada isə müşahidəçiləri Suriya hökumətinin İslam Dövləti qrupunun istinadgahı olan Raqqa şəhərini bombaladığını bildiriblər. 16 mülki vətəndaş daxil olmaqla 26 nəfərin öldüyü bildirilib.

XS
SM
MD
LG