Accessibility links

ABŞ hərbi qüvvələri: Suriyada Paris hücumları ilə əlaqəsi olan İŞİD lideri qətlə yetirilib


Şaraf Əl-Moudan
Şaraf Əl-Moudan

ABŞ hərbi qüvvələri keçən ay Parisdə terror hücumlarının təşkilatçılarının başçısı ilə birbaşa əlaqəsi olan İŞİD liderinin Suriyada qətlə yetirildiyini bildirib.

Koalisiyanın sözçüsü, general Stiv Uorren çərşənbə axşamı günü brifinq zamanı Şaraf Əl-Maudanın dekabrın 24-də qətlə yetirildiyni deyib.

Onun sözlərinə görə, Maudanın Parisdə koordinasiya edilmiş hücumların təşkilatçı lideri olduğuna inanılan Əbdelhamid Abaudla əlaqələri olub. Abaud noyabrın 13-də 130 insanın ölümülə nəticələnmiş hücumlardan bir neçə gün sonra keçirilən reydlər zamanı öldürülmüşdü.

Stiv Uorren Maudanın "Qərbə qarşı aktiv şəkildə başqa hücumlar planlaşdırdığını" deyib, lakin onun ABŞ, Avropa ya da bunların hər ikisini hədəf alması haqda detalları açıqlamayıb.

Koalisiyanın sözçüsü, general Stiv Uorren qeyd edib ki,son ay ərzində İslam Dövləti qrupunun rəhbərliyində 10 fiquru qətlə yetirilib.

"İŞİD-in xaricdə hücumlar planlaşdıran üzvləri qaldıqda, ABŞ hərbi qüvvələri onların izinə düşəcək və onları məhv edəcək"-deyə o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG