Accessibility links

ABŞ hərbi qüvvələri potensial tərəfdaş axtarışında Liviyadadır. Bu, İslam Dövləti qrupuna qarşı daha genişmiqysalı hərbi kampaniyanın başlayacağına işarədir.

”Biz bəzi variantları nəzərdən keçiririk. İŞİD Liviyada hazırkından daha da böyük təhlükə olmağa başladığı halda biz də Müdafiə Nazirliyi kimi buna hazır olmaq istəyirik” deyə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

Kuk ABŞ-ın Liviyadakı hərbi heyətinin kiçik olduğunu və Liviya rəsmiləri belə uyğun gördükləri üçün ora yollandıqlarını deyib.

Birləşmiş Ştatlar artıq ötən noyabr keçirdiyi hava hücumları vasitəsilə Liviyada İŞİD-i məhv etmək və orada qrupun lideri sayılan Əbu Nabili öldürmək istəyini sərgiləyib.

XS
SM
MD
LG