Accessibility links

Nyu-Yorkda İslam Dövləti qrupu ilə əməkdaşlıq ittihamı ilə 3 nəfər həbs edilib


ABŞ rəsmiləri Suriyada İslam Dövləti qrupuna dəstək və ABŞ prezidenti Barak Obama, Federal Təhqiqatlar Bürosunun agentləri və polis işçilərini qətlə yetirməyi planlaşdırmaq ittihamı ilə üç nəfəri həbs edib.

Rəsmilər Nyu-Yorkda yaşayan üç şəxsdən ikisinin Özbəkistan, birinin isə Qazaxıstan vətəndaşı olduğunu bildiriblər.

ABŞ-ın Ədliyyə nazirliyi hüquq-mühafizə orqanlarının işçilərinin Qazaxıstan vətəndaşı olan Axror Saidayxmetovun Suriyaya keçmək üçün Türkiyəyə uçan təyyarəyə minməyə hazırlaşdığı zaman Nyu-Yorkda Kennedi beynəlxalq hava limanında həbs edildiyini bildirib. ABŞ rəsmiləri Özbəkistan vətəndaşlarından biri Əbdülrəsul Həsənoviç Juraboyevin Nyu-York-İstanbul reysinə bilet aldığını və gələn ay Birləşmiş Ştatları tərk etməyə hazırlaşdığını bildirib. Rəsmilərin bildirdiyinə görə, Abror Habibov isə Axror Saydaşmetovun İslam Dövləti qrupuna qoşulmasına kömək göstərib.

Ədliyyə nazirliyi Juraboyevin İslam Dövləti qrupundan əmr aldığı halda, ABŞ-da terror aktları həyata keçirməyə, Juraboyevin isə İslam Dövləti qrupunun döyüşçülərinə qoşula bilsə eyni işi görməyə hazır olduğunu bildirib.

ABŞ rəsmiləri ilk dəfə bu üç şəxslə 2014-cü ilin avqust ayında Juraboyevin İslam Dövləti qrupunu dəstəkləyən veb səhifədə özbək dilində mesaj yerləşdirməsindən sonra maraqlanmağa başladıqlarını bildiriblər. ABŞ hökumətinin bildirdiyinə görə, Juraboyev İslam Dövləti qrupundan əmr alsa prezident Barak Obamanı qətlə yetirməyə hazır olduğunu ifadə edib. Rəsmilərə əsasən, Saidaxmetov Suriyada İslam Dövləti qrupuna qoşula bildiyi hadal, pulemyot alıb polis işçiləri və ABŞ-ın Federal Təhqiqatlar Bürosunun işçilərini öldürmək təklifi verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG