Accessibility links

Obama Konqres liderləri ilə İŞİD-ə qarşı mübarizəni müzakirə edəcək


Bu gün Ağ Evdə Konqres liderləri ilə görüş zamanı ABŞ prezidenti Barak Obamanın qanunvericilik səlahiyyətini müzakirə edəcəyi və İslam Dövlətinə qarşı mübarizə üçün milyardlarla dollar istəyəcəyi gözlənilir.

Bu həftənin əvvəlində keçirilən mətbuat konfransında prezident bildirib ki, o qanunvericilərdən İraq və Suriyada fəaliyyət göstərən ultra-radikal militant qruplarına qarşı hərbi müdaxiləni Kapitolidəki səsvermədə təsdqiləmələrini istəyəcək. 4 noyabr seçkilərindən sonra Konqresin hər iki palatasına artıq müxalifət nəzarət edir.

Dünya bilməlidir ki, biz bu mövzuda birlik göstəririk, və bizim hərbimizdəki qadın və kişilər bizim aydın və vahid dəstəyimizə layiqdirlər.
Barak Obama

Bu görüş ara seçkilərində Respublikaçıların Konqresə nəzarəti ələ almalarından bir neçə gün sonra keçirilib.

Prezident Obama ilk dəfə sentyabrda qiyamçılara hava hücumları kampaniyasını elan edəndə, konqresin icazəsindən istifadə edib. Oxşar Konqres icazəsindən sabiq prezident Corc Buş 2001-ci ildə ABŞ-a qarşı terrorist hücumlarında cavam olaraq Əl Qaidəyə qarşı başlatdığı müharibə zamanı yararlanmışdı.

Lakin bu həftə keçirilən mətbuat konfransında barak Obama bildirib ki, “indiki savaşa uyğunlaşmaq üçün” onun müharibəyə başlama səlahiyyətini yeniləmə zamanı çatıb. O, bildirib ki, ABŞ hərbisinin həm Ağ Evin həm də Konqresin dəstəyinə ehtiyacı var.

“Dünya bilməlidir ki, biz bu məsələdə birlik göstəririk, və bizim hərbimizdəki qadın və kişilər bizim aydın və vahid dəstəyimizə layiqdirlər.”

Mətbuatda yer alan xəbərlərə istinadən rəsmilər bildirirlər ki, prezident bu gün qanunvericilərlə Dönməz Qətiyyət adlanan İslam Dövlətini məğlub etmə əməliyyatını maliyyələşdirmək üçün tələb olunan 3.2 milyard dollar üzərində danışıqlar aparacaq.

XS
SM
MD
LG