Accessibility links

ABŞ və Kuba arasında diplomatik əlaqələr rəsmi olaraq bərpa olundu


Kiba bayrağı ABŞ Dövlət Departamentində digər ölkələrin bayraqları arasında

Kiba bayrağı ABŞ Dövlət Departamentində digər ölkələrin bayraqları arasında

Hər iki ölkədə səfirliklər tam fəaliyyətlərini bərpa ediblər

Birləşmiş Ştatlar və Kuba rəsmi olaraq 50 il davam edən düşmənçilikdən sonra bazar ertəsi gecə saat 12:00-da diplomatik əlaqələri bərpa edib.

Bundan bir neçə saat sonra qırmızı, ağ və göy rəngli Kuba bayrağı ABŞ Dövlət Departamenti qarçısında qaldırılıb və ABŞ-la diplomatik əlaqələri olan digər ölkələrin bayraqları sırasında yer alıb.

ABŞ və Kubanın hər iki ölkədə artıq tam fəaliyyət göstərən səfirlikləri var.

Tarixi diplomatik dəyişiklik əlaqələrin Con Kennedinin prezidentliyi dövründə kəsiməsindən 54 il sonra baş veirb.

Xarici işlər naziri Bruno Rodriqez Parilla da daxil olmaqla, digər Kuba rəsmiləri Kubanın Vaşinqtondakı səfriliyinin açılış mərasimində iştirak edəcəklər. İki ölkə arasında münasibətlərin bərpa olunmasında böyük rol oynayan ABŞ-ın Qərb Yarımkürəsi məsələləri üzrə dövlət katibinin köməkçisi Roberta Ceykobson da açılış mərasiminə qatılacaq.

ABŞ Dövlət katibi Con Kerri kubalı həmkarı Rodriqez Parillanı rəsmi olaraq bazar ertəsi qəbul edəcək. Günün ikici yarısı xarici işlər nazirlərinin birgə mətbuat konfransı gözlənilir.

ABŞ səfiriliyinin Kubada rəsmi açılış mərasimi Con Kerrinin Havanaya səfər edəcəyi vaxtadək təxirə salınacaq, lakin o vaxta qədər səfirlik tam fəaliyyət göstərərcək.

İki ölkə arasında əlaqələrin bərpa olunmasına tənqidi münasibət bildirənlər də olub.

Respublikaçı senator Marko Rubio bildirib ki, Kubanın insan haqları pozuntularına kifayət qədər diqqət yetirilməyib.

XS
SM
MD
LG