Accessibility links

ABŞ və Kuba səfirliklərin yenidən açılmasını nəzərdən keçirir [Video]


ABŞ və Kuba diplomatları münasibətləri inkişaf etdirmək üçün bu həftə Vaşinqtonda görüş keçirəcəklər

ABŞ və Kuba əlaqələrin bərpa olunması ilə bağlı bu həftə yenidən yüksək səviyyəli danışıqlara başlayacaq. Danışıqların diqqət mərkəzində səfrirliklərin açılması və tam diplomatik əlaqələrin bərpa olunması məsələsi olacaq.

Kuba ilə ABŞ arasında münasibətlərin bərpasının bir əlaməti olaraq qayıqçılar Ki Vestdən (Key West) yola çıxaraq şənbə günü Havanaya çatıblar. Bu, son 50 ildə keçirilən ilk qayıq yarışı olub.

Biz kubalılara razı olmadığımız məsələlərlə bağlı fikrimizi açıq şəkildə bildirə bilməliyik, eynilə kubalılar da bizə öz fikirlərini bildirə bilməlidir

ABŞ və Kuba diplomatları münasibətləri inkişaf etdirmək üçün bu həftə Vaşinqtonda görüş keçirəcəklər. Bu, aprel ayında Amerika Sammitində prezident Barak Obama və Kuba prezidenti Raul Kastronun görüşündən sonra iki ölkə rəsmiləri arasında ilk yüksək səviyyəli görüşdür.

Latın Amerika siyasəti üzrə professor Uilliam LeoQrande deyir ki, hər iki tərəf daha çox inkişafın əldə olunmasını həyəcəanla gözləyir.

“Məncə, bu həftə baş tutacaq danışıqların sonunda səfirliklərin açılış tarixi göstərilə bilər.”

ABŞ Konqresi mayın 29-dək prezident Obamanın Kubanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmaq qərarı ilə bağlı fikir bildirməlidir.

LeoQrande deyir ki, Kuba lideri Raul Kastro bu tarixdən sonra səfirlərin təyin olunma məsələsini müzakirə etməyə hazırlığını nümayiş etdirib.

Kuba prezidenti Raul Kastro

Kuba prezidenti Raul Kastro

“O deyib ki, Kuba terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıldıqdan sonra səfirləri təyin etmək mümkün olacaq, sanki digər məsələlər artıq həll olunub.”

Sabiq ABŞ diplomatı Tomas Pikerinq ən böyük problemin iki tərəf arasında rabitə vasitələrinin açıq saxlanılması olacağını deyir.

“Biz kubalılara razı olmadığımız məsələlərlə bağlı fikrimizi açıq şəkildə bildirə bilməliyik, eynilə kubalılar da bizə öz fikirlərini bildirə bilməlidir.”

O deyir ki, danışıqlarda vasitəçilər tənqidə davamlı və əlaqələrin bərpa olunması üçün Amerika xalqı tərəfindən sağlam zəmin kimi qəbul ediləcək bir diplomatik paket hazırlamalıdır.

XS
SM
MD
LG