Accessibility links

Kubalı dissidentlər Kastro hökuməti ilə əlaqələrin bərpasından narazıdırlar [Video]


Obama administrasiyası diplomatik münasibətlərin bərpasının Kubada dəyişikliyə yol açağına inanır

Kubalı dissidentlər bildirirlər ki, ötən həftə Kuba rəsmilərinin demokratiya fəallarını saxlaması prezident Obamanın kommunist hökumətlə ilə diplomatik əlaqələri bərpa etmək, səyahət və ticarət məhdudiyyətlərini qaldırmaq qərarının səhv olduğunu göstərir.

Obama administrasiyası isə bu yeni qərarların Kubada dəyişiklik edəcəyinə inanır.

Əlaqələrin bərpa olunduğundan sonra baş verən hər şey Kuba hökümətinin xeyrinə olacaq, xalqın yox

Kubanın “Ağ paltarlı xanımları” siyasi məhbusların azadlığa buraxılmalarını və insan haqlarıının təmin olunmasını tələb edirlər. Onlar prezident Obamanın Havana ilə əlaqələri bərpa etməsinin azadlığa aparacağını düşünmürlər, deyə onların lideri Berta Soler bildirir.

“Obama düşünürdü ki, bu qərar kubalıların xeyrinə olacaq, amma belə olmadı. Əlaqələrin bərpa olunduğundan sonra baş verən hər şey Kuba hökümətinin xeyrinə olacaq, xalqın yox.”

Dissidentlər bildirirlər ki, ötən həftə kubalı teatr sənətçisi Tania Brugeranın həbsi repressiyanın davam etdiyinin göstəricisidir. Brugera və digər 50 nəfər Havananın İnqilab Meydanında ifadə azadlığı ilə bağlı tədbir planlaşdırdıqları üçün polis tərəfindən saxlanılıb. Daha sonra rəsmilər xanım Brugera və digər fəalların bir hissəsini azadlığa buraxıb.

Vaşinqton fəalların saxlanılmasını qınayıb. Bununal belə, Dövlət Departamentinin mətbuat katibi Cen Psaki ABŞ-ın yeni siyasətini müdafiə edib.

“Bizim bu qərarı almağımızın səbəblərindən biri kubalı vətəndaşlara ölkədə müsbət dəyişiklik etməyə daha çox imkan yaratmaq idi. Bizim görəcəyimiz tədbirlərin əsas məqsədi orada insan haqlarının təmin olunmasıdır, çünki Kubada bu vəziyyət hələ də bərbaddır.”

Bundan əlavə xanım Psaki prezident Obamanın əlaqələri bəpa edəcəyini bildirdiyindən sonra azadlığa buraxlılacaqları gözlənilən 53 siyasi məhbus barədə məlumatın olmadığını bildirib.

Kuba ilə əlaqələrin bərpasını tənqid edənlər sırasına hər iki partiyaya mənsub ABŞ qanunvericiləri daxildir. Onlar cənab Obamanın illərdir davam edən iqtisadi embarqonu qadırmasına və ABŞ telekommunikasiya şirkətlərinin Kubada sərmayesinə icazə verməsinin qarşılığında Havandan heç nə almadığını bildiriblər.

Bizim görəcəyimiz tədbirlərin əsas məqsədi orada insan haqlarının təmin olunmasıdır, çünki Kubada bu vəziyyət hələ də bərbaddır

Washington Post qəzetində dərc olunan baş məqalədə bildirilib ki, xanım Brugeranın saxlanılması onu göstərir ki, prezident Barak Obama Kubada demokratiya fəallarının təhlükəsizliyinə dair təminat almalı idi.

Bu situasiyadan ən çox ümidsiz olanlar isə Elizardo Sançez kimi dissidentlərdir.

“Biz hökümətin ölkədə lazımı islahatların edəcəyinə dair heç bir əlamət görmürük... ona görə də hər şey elə əvvəlki kimi davam edəcək.”

Yanvarın 1-də Fidel Kastronun Kuba İnqilabını başlatmasının və hakimiyyəti ələ almasının 56-cı ildönümü tamam olur.

Bu gün kubalılar yeni ABŞ siyasətinin onların gündəlik həyatlarına və onların kommunist hökümətinə təsir edib-etməyəcəyini gözləyirlər.

XS
SM
MD
LG