Accessibility links

ABŞ və Kiba diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların üçüncü raundunu başa çatdırıb. Tərəflərin müzakirə etdiyi məsələlərlə bağlı detallar açıqlanmayıb.

Kuba Xarici İşlər nazirliyinin bəyanatında danışıqların bir gün ərzində sona çatdığı deyilir. Bəyanatda bildirilir ki,“İki tərəf prosesin bir hissəsi olaraq gələcəkdə əlaqə saxlamaq haqda razılıq əldə edib.”

ABŞ-ın Latın Amerikası ölkələri üzrə nümayəndəsi Roberta Cakobson və Kubanın ABŞ-la əlaqələr üsrə baş diplomatı Cozefina Vidal danışıqlar aparmaq üçün bazar ertəsi Havanada görüşüb.

ABŞ isə hələlik danışıqlar haqda bir söz deməyib. ABŞ Dövlət Departamentini sözçüsü Cen Psaki deyib ki, diplomatlar intensiv danışıqlar aparıb nəticə əldə etməyə çalışır.

Danışıqlar Birləşmiş Ştatlar və Kubanın ən yaxın müttəfiqi olan Venesuela arasında gərginliyin artdığı bir vaxt aparılır. ABŞ rəsmilərinin bildirdiyinə görə, məsələ Kuba ilə danışıqlara təsir göstərməməlidir.

XS
SM
MD
LG