Accessibility links


ABŞ apellyasiya məhkəməsi federal hökumətin Əl-Qaidə lideri Bina Ladenin xüsusi təyinatlı döyüşçüləri tərəfindən öldürüləndən sonra çəkilmiş foto-şəkillərinin açıqlanmamaıə olduğu haqda qərar çıxarıb.

Terrorçu lider iki il bundan əvvəl Pakistanda ABŞ-ın “SEAL” xüsusi təyinatlı döyüşçüləri tərəfindən qətlə yetirilmişdi. “Bir nömrəli hədəf”in qətlə yetirildiyinə sübut olaraq, onun cəsədinin foto-şəkilləri çəkilmişdir.

Məhkəmə Mərkəzi Kəşfiyyat idarəsinin foto-şəkilləri düzgün olaraq açıqlamadığını bildirərək, Bin Ladenin cəsədinin tanınması məqsədilə çəkilmiş foto-şəkillərin göstərildiyi halda, idarənin kəşfiyyat metodlarının açıqlanmasına yol verilə biləcəyinə dair qərar çıxarıb. Məhkəmə həmçinin bildirib ki, Bin Ladenin cəsədinin dənizdə dəfni səhnələrinin açıqlanması Amerika vətəndaşlarına qarşı zorakılıqlara gətirib çıxara bilərdi.

Mühafizəkar insan haqları qrupu olan Judicial Watch informasiya azadlığı aktına əsasən, Bin Ladenin foto-şəkillərinin ictimaiyyət üçün açıqlanmasına dair qrupun müraciətini rədd etdikdən sonra Mərkəzi Kəşfiyyat idarəsini məhkəməyə vermişdi.
XS
SM
MD
LG