Accessibility links

ABŞ Misirə döyüş təyyarələrinin çatdıılmasını gecikdirir



Misirdə davam edən siyasi gərginlik belə görünür özünün ilk təsirini orduya göstərir. Birləşmiş Ştatlar Misirə hərbi döyüş təyyarələrinin çatdırılmasının təxirə salındığını bildirib. Pentaqonun sözçüsü Corc Littl bildirdiyinə görə, qərar ölkədəki vəziyyətlə əlaqədardır.

“Biz hazırkı vəziyyətdə F-16 təyyarələrinin çatdırılmasını məqsədəuyğun hesab etmirik. Biz ABŞ və Misir arasında müdafiə sahəsində daha geniş mənada strateji tərəfdaşlıq əlaqələrinin əsasını təşkil edən və regional sabitliyə xidmət edən münasibətlərin inkişafına sadiq qalmağa davam edirik”-deyə Corc Littl bəyan edib.

Pentaqon sözçüsü bildirib ki, ABŞ Müdafiə naziri Çak Heygel qərarla bağlı məlumatı çatdırmaq üçün Misirin müdafiə nazirinə zəng edib. Corc Littl habelə bildirib ki, Misirə hərbi yardım və Birləşmiş Ştatlarla Misirin birgə hərbi təlimləri ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG