Accessibility links

ABŞ Mosula əlavə əsgəri qüvvə göndərir


ABŞ hərbçiləri və İraq qüvvələri Mosul ətrafında ərazidə

ABŞ hərbçiləri və İraq qüvvələri Mosul ətrafında ərazidə

Birləşmiş Ştatlar Mosul şəhərinin İŞİD-dən geri alınmasına kömək məqsədilə İraqa 600 nəfərlik əlavə əsgəri qüvvə göndərir.

ABŞ Müdafiə naziri Eş Karter bununla bağlı açıqlama verib.

Bundan öncə müdafiə nazirliyinin yüksək səviyyəli bir rəsmisi bildirib ki, “Birləşmiş Ştatlar İraq hökumətilə məsləhətləşmələr nəticəsində Mosul kampaniyasnın intensivləşdirildiyi bir vaxt iraqlılara təlim və məsləhət verilməsi məqsədilə ABŞ-ın əlavə hərbi personalının göndərilməsinə hazırlaşır.”

Birləşmiş Ştatların hazırda İraqda 4600 nəfərdən ibarət əsgəri qüvvəsi var. Müvəqqəti olaraq ölkədə hərbi qulluqda olan hərbi personal buraya daxil deyil.

Mülki əhali Mosul ətrafındakı kəndləri tərk edir

Mülki əhali Mosul ətrafındakı kəndləri tərk edir

İraqın Baş naziri Haydar Əl-Abadinin ofsisi ölkənin şimalında Mosul şəhərində İraq qüvvələrinə dəstək məqsədilə Amerikanın təlimatçıları və müşavirlərinin sayının sonuncu dəfə artırılması haqda müraciət etdiyini təsdiqləyib.

BMT hərbi əməliyyatların intensivləşdirilməsi nəticəsində bir milyondan çox insanın məcburi köçkün ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. BMT-nin qaçqınlar agentliyi avqust ayının sonuna qədər təxminən 213 min insanın Mosuldan İraqın müxtəlif yerlərinə qaçdığını bildirib.

Pentaqon eyni zamanda İŞİD döyüşçülərinin Mosulun müdafiəsi zamanı xardal qazından istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq verib.

İraqın ikinci ən böyük şəhəri kimi tanınan Mosul 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilib və terrorçu qrupun ölkədə istinadgahı olaraq qalır.

XS
SM
MD
LG