Accessibility links

ABŞ Mursinin azad edilməsinə çağırır



Obama administrasiyası Misir rəsmilərini hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursini azad etməyə çağığıb. Mursi keçən həftə Misir ordusu tərəfindən hakimiyyətdən devrilkdikdən sonra ev dustağıdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, prezident Mursi onun mənsub olduğu Müsəlman Qardaşları təşkilatı da daxil olmaqla, bütün siyasi fiqurların müvəqqəti hökumətdə təmsil olunmasını təmin etmək səylərinin bir hissəsi olaraq azadlığa buraxılmalıdır. “Hərtərəfli və davamlı demokratiya Misirdə cəmiyyətin bütün təbəqələrinin və misirlilərin hamısının təmsil olunması deməkdir. Biz Müsəlman Qardaşları və saxlanmış başqa nüamyəndələrin də buraya daxil edilməli olduğunu düşünürük”-deyə o bildirib.

Müsəlman Qardaşları təşkilatının üzvləri Misir ordusu tərəfindən təyin edmiş müvəqqəti hökutmərəsmilərini tanımaqdan imtian edir və cənab Mursinin bir il bundan əvvəl gəldiyi hakimiyyətə qaytarılmasını tələb edir.

Dövlət Departamentinin sözçüsü Cen Psaki bildrib ki, Birləşmiş Ştatlar prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsinin dövlət çevrilişi olub-olmadığını müəyyən etmək üçün Misirdə hadisələri yaxından izləyir. Bunun ABŞ-ın Misirə 1 milyard dollar məbləğində yardımına təsir göstərə biləcək mühüm hüquqi mənası var.

Obama administrasiyasının rəsmiləri Misir ordusunun Məhəmməd Mursini hakimiyyətdən devirdikdən sonra onun qeyri-qanuni saxlanması ilə bağlı narahatlığını ifadə etsə də, onun azadlığa buraxılmasına ilk dəfə çağırır.

Dövlət Departamentinin sözçüsü Cen Psaki Birləşmiş Ştatların artıq Məhəmməd Mursini Misirin prezidenti hesab etmədiyini deməsə də, ABŞ-ın yüksək səviyyəli rəsmilərinin müvəqqəti hökumətin prezidenti Ədli Mənsurla görüşdüyünü bildirib. “Biz hərtərəfli proses nəticəsində irəliyə addım atıldığını görmək istədiyirik. Təbii ki, biz prezident Mursinin demokratik yolla seçildiyni tanıyırıq, amma mən də, başqa rəsmilər də bunu əvvəllər də demişik ki, məsələ seçki qutusu ilə bitmir. Çox vaxt demokratik keçid prosesin, xüsusilə də avtokratik idarəçilikdən sonra kök salması və sabitləşməsi illər aparır”-deyə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG