Accessibility links

ABŞ və NATO Əfqanıstanda müharibənin başa çatmasını qeyd edir


Birləşmiş Ştatlar və NATO qüvvələri Əfqanıstanda 13 illik müharibənin sona çatmasını rəsmən bu gün qeyd etsə də, Taliban yaraqlıları Əfqanıstan hökumətinin qatı düşməni olaraq qalmağa davam edir.

ABŞ və Qərb müttəfiqlərinin hərbi alyansı Əfqanıstanda hərbi döyüşlərdə iştirakının sona çatmasını Kabildə koalisiya qüvvələrinin baş qərargahında keçirilən rəsmi mərasimdə qeyd edib. Lakin xarici ölkələrin hərbi qüvvələrinin Əfqanıstandan çıxmasından sonra təhlükəsiziliyin təmin edilməsi və hərbi əməliyyatların aparılmasında hökumət qüvvələrinə təlim vermək üçün ölkədə 13 min 500 nəfərdən ibarət əsgəri qüvvə saxlanacaq. Bunun 11 mini Amerika əsgərləridir.

Beynəlxalq Təhlükəsizliyə yardım Qüvvələrinin komandiri, ABŞ ordu generalı Con Kampell Birləşmiş Ştatlar və NATO-nun yeni missiyasının Əfqanıstana yardımın davam etdirilməsini nəzərdə tutduğunu deyib.

Əfqanıstan qüvvələrinin müntəzəm olaraq onlara qarşı hücumlar həyata keçirən Taliban yaraqlılarının qarşısını ala bilib-bilməyəcəyi hələlik aydın deyil.

Əfqranıstanda hərbi əməliyyatların ən qızğın çağı 50 ölkənin yaratdığı koalisiya qüvvələrinin sayı 140 mindən artıq olub. 2001-ci ildən bəri Əfqanıstanda hərbi əməliyyatlarda 3 min 500 əsgər həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG