Accessibility links

ABŞ neftinin ixracı məsələsi müzakirələrə səbəb olub [Video]


ABŞ neft şirkətləri neftin ixracına tətbiq olunan qadağanın ləğv olunmasını istəyirlər

İllərdir ABŞ xam neftinin ixracına tətbiq olunan qadağanın aradan qaldırılmasını irəli sürən qanun layihəsi həm Vaşinqtonda həm də enerji sənayesində böyük müzakirələrə səbəb olub. Bir neft şirkətinin rəhbəri köhnə qanunların onun şirkətinə ziyan vurduğunu və ABŞ iqtisadiyyatını xarici neft istehsalçılarına qarşı zəif etdiyi deyir. Tərəfdarlar isə qadağanın aradan qaldırılmasının istehlakçıların enerji xərclərini artıracağını və ətraf mühitə zərər vuracağını deyir. Qadağanın ləğv olunması üçün bir qanun layihəsi Nümayəndələr Palatasında təqdim olunub, digərinin isə Senatda təqdim olunacağı gözlənilir.

Bunun nəticəsi ABŞ bazarında benzinin qiymətinin artması olacaq

1973-cü ildə ərəb neft ixracatçıları ABŞ-a neft təchizatını kəsəndə, ABŞ sürücüləri benzin almaq üçün uzun növbələrdə gözləyridilər.

O zaman neft təchizatı və artan qiymətlərlə bağlı narahatlıqlar ABŞ-da istehsal olunan xam neftin ixracına qadağanın tətbiq olunmasına səbəb oldu.

ABŞ-da neft istehsalı azaldığı üçün Birləşmiş Ştatlar daha çox neft idxal edirdi. Buna görə də ixrac qadağası ABŞ-a böyük təsir göstərmirdi.

Lakin son illərdə tətbiq olunan yeni “frekinq” üsulu ABŞ-da neft istehsalını artırıb və idxal olunan neftə ehtiyacı azaldıb.

Bu isə qlobal neft qiymətlərini azaldıb və ABŞ-da frekinqlə məşğul olanlara ziyan vurub. Neft istehsalçiları deyir ki, “köhnəlmiş” idxal qadağasının aradan qaldırılması onların şirkətlərinə müsbət təsir göstərəcək. Onlardan biri Breitling Oil şirkətinin rəhbəri Kris Foulkerdir.

Kaliforniyada frekinq

Kaliforniyada frekinq

“Hər şey dəyişib. Biz artıq qıtlıq və ya qorxu nədir bilmirik. Bu günkü Amerikanı təsvir edən söz -bolluqdur. Amma bu qanun bizi 1970-ci illərə - geri aparır.”

Lakin İctimai Vətəndaş hüquq müdafiəçiliyi qrupunun enerji proqramına başçılıq edən Tayson Slokum deyir ki, qanunun aradan qaldırılması istehlakçılara ziyan vuracaq.

“Bunun nəticəsi ABŞ bazarında benzinin qiymətinin artması olacaq.”

Neft sənayesinin nümayəndələri isə ixracın benzin qiymətlərini azaldacağını deyirlər.

Benzin təkcə ABŞ-da deyil, bütün dünyada satıldığı üçün qiymətlər düşə bilər

“Bunun səbəbi odur ki, dünya bazarında neftin təchizatı eləcə də digər variantlar çoxalır. Benzin təkcə ABŞ-da deyil, bütün dünyada satıldığı üçün qiymətlər düşə bilər.”

Neft sənayesinin tənqidçiləri də xam neftin idxalının qazma işlərini artıracağını deyirlər. Bu isə ətraf mühitə zərər verəcək.

“ABŞ neftinin məhdudiyyətsiz ixracı frekinqi sürətləndirəcək və bir sıra ekoloji problemlər yaradacaq."

Buna baxmayaraq neft sənayesi ekoloji problemlərin şişirildiyini və frekinq daxil olmaqla düzgün şəkildə aparılan qazma işlərinin lüzumsuz zərər vurmadığını iddia edir.

XS
SM
MD
LG