Accessibility links


ABŞ Dövlət katibi Hillari Klinton Pakistanın Əfqanıstanda NATO qüvvələrinə təchizat daşınması üçün tranzit yolu açmasının Vaşinqtonla münasibətlərin yaxşılaşmasına yol açacağına ümid bəslədiyini deyib.

Klinton bazar günü Tokioda Əfqanıstana dair donor konfransında Pakistanın Xarici İşlər naziri Hina Rabbani Kharla görüşüb. Müxbirlərlə danışan dövlət katibi Klinton deyib ki, iki ölkə əvvəllər münasibətlərdə yaranmış gərginliyi arxada qoyaraq, diqqəti gələcəyə və terror şəbəkələri ilə mübarizə məsələsinə yönəltməyə çalışır.

Pakistan Əfqanıstanda NATO qüvvələrinə təchizat daşınması üçün tranzit yolu keçən il noyabr ayında alyansın ABŞ-ın başçılığı ilə Əfqanıstanda keçirdiyi hava hücumu zamanı səhvən 24 Pakistan əsgəri qətlə yetirildikdən sonra bağlamışdı. Rəsmi İslamabad təchizat yolunu keçən həftə Dövlət katibi Klintonun Birləşmiş Ştatların Pakistan silahlə qüvvələrində tələfata görə üzrxahlıq etməsindən sonra açmışdır.
XS
SM
MD
LG