Accessibility links

ABŞ-ın hərbi peyki Rusiyanın sərnişin təyyarəsinin keçən həftənin sonu Sinay yarımadası üzərində qəzası zamanı partlayış qeydə alıb, lakin qəzanın səbəbi hələ də qeyri-müəyyən olaraq qalır.

Rəsmilər hissələrə bölünüb 9 400 metr yüksəklikdən Sinay səhrasına düşməmişdən əvvəl təyyarənin raketlə vurulması ehtimalını istisna edib. Qəza nəticəsində 224 insan həlak olub. Nə raketin atılması, nə də mühərrikin yanması qeydə alınmayıb.

Lakin ekspertlər ABŞ mediasına bildiriblər ki, peyk vasitəsilə qeydə alınmış partlayış təyyarənin bortunda bombanın və ya mühərrikin partlaması, ya da təyyarədə yanğın və yaxud onun yerə dəyməsi nəticəsində baş vermiş fəlakətə işarə ola bilər.

Misir prezidenti Əbdül Fəttah Əl-Sissi İslam Dövləti qrupunun yaraqlılarının Rusiya təyyarəsini yerə vurub saldığına dair iddilarını "təbliat" adlandıraraq rədd edib.

BBC-yə müsahibə verən Sissi deyib ki, bu təbliğatın məqsədi Misirdə sabitlik və təhlükəsizliyə xələl gətirməkdən ibarətdir. "Mənə inanın, Sinayd, xüsusilə də o məhdud ərazi tam nəzarət altındadır"-deyə o bildirib.

Bu arada, təhqiqatçılar təyyarənin qara qutusunun təhlilinə, Rusiya ailələri isə Sank Peterburqa gətirilmiş cəsədlərin tanınması prosesinə başlayıb.

XS
SM
MD
LG