Accessibility links

ABŞ prezidentliyinə namizədlərin seçki reklamları [Video]


2016-cı il prezident seçkilərində iştirak edəcək vahid namizədlərin seçimələrinə bir neçə gün qalmış hər iki partiyadan namizədlər yeni siyasi reklam çarxlarını təqdim edir. Bu reklam çarxlarının birinə YouTube-da 2 milyon insan izləyib. Namizədin anasının yer aldığı digər bir çarx isə tənqidlərə səbəb olub.

Hər kəs Demokrat namizəd Berni Sandersin yeni reklam çarxından bəhs edir. Vermont ştatının 74 yaşlı senatorunun həm tənqiçiləri, həm tərəfdarları bu çarxın onların gördükləri ən effketiv siyasi reklam olduğunda razılaşır:

Ekspertlər deyir ki, videoda yer alan Ayova fermerlərinin nostaljik təsvirləri, eləcə də Simon və Garnfukelin oxuduqları ikonik “Amerika” mahnısı izləyicilər üzərində emosional təsir buraxır.

Respublikaçı namizəd Ceb Buş isə fərqli bir taktikadan istifadə edib. O, məşhur anası, sabiq birinci xanım Barbara Buşdan yardım alıb. Reklamda yer alan Barbara Buş oğlunu tərifləməklə yanaşı özündən razı digər Respublikaçı namizəd Donald Trampa üstüörtülü hücum edir.

“Nə qədər populyar olduqları barədə danışmaqdansa, Ceb ölkədə ehtiyacın olduğunu və bu ehtiyacı qarşılayacaq başqa heç kəsin olmadığını görür,” deyə Barbara Buş reklam çarxında bildirir.

Tramp buna dərhal reaksiya bildirib və Buşun anasına arxalanmamasını tövsiyə edib.

“Elə indicə Cebin reklamını izlədim və orada o “mama”sının köməyinə ehiyacı olduğunu göstərir. Ceb, anan sənə İŞİD, çinlilər və ya Putinlə bağlı kömək edə bilməz,” deyə Tramp öz Tvitter hesabında yazıb.

Bir gün sonra isə Tramp məsxərəyə qoyulmağa başlayıb.

Amerika televiziya şousu “Saturday Night Live” Trampın ötən həftə sabiq Alsak qubernatoru Sarah Palin tərəfindən dəstəklənməsini parodiya edib. Tina Fey Palini, Darrell Hammond isə Trampı canlandırıb.

Seçicilər artıq Ayovada səs verməyə hazırlaşır və ən azından seçicilər seçki kampaniyasının darıxdırıcı kəçməsi ilə bağlı şikayət etməyəcəklər.

XS
SM
MD
LG