Accessibility links

ABŞ-da qadın futbolu nə üçün inkişaf edib? [Video]


ABŞ qadınlar arasında futbol oynamaq ənənəsini yaradan və bunun üçün proqramlar tərtib edən ilk ölkələrdən biridir

Üçüncü dəfə Dünya Çempionatında qalib gələn ABŞ-ın qadınlardan ibarət futbol üzrə yığma komandası ən güclü olduğunu bir daha sübut etdi. Ancaq ABŞ-ın kişilərdən ibarət futbol komandası müasir dövrün Dünya Kuboku çempionatlarında ən yaxşı halda dörddə bir final mərhələsinə çıxa bilib.

ABŞ-ın qadınlarda ibarət milli yığması bazar günü üçüncü dəfə Dünya Kuboku çempionatında qalib olub. Komanda Yaponiya millisi üzərində 5-2 hesabı ilə möhtəşəm qələbə qazanıb.

Futbol ABŞ-da peşəkar idman növləri arasında populyar olmadığı üçün bu uğur təəccüb doğurur.

Belə bir uğur bir çox ölkədə olmayan futbol da daxil olmaqla Birləşmiş Ştatlarda bütün qadın idmanları üçün təsis olunan infrastrukturla əlaqəlidir, deyə ABŞ-da dərc olunan Howler Magazine adlı futbol jurnalının təsisçisi və redaktoru Corc Quraişi bildirir.

Onun sözlərinə görə, ABŞ qadınlar arasında futbol oynamaq ənənəsini yaradan və bunun üçün proqramlar tərtib edən ilk ölkələrdən biridir.

Bu infrastrukturların mərkəzində Title IX dayanır. Title IX ABŞ-ın 40 il öncə qəbul etdiyi qərardır. Bu qərara əsasən federal hökümət tərəfindən maliyyələşdirilən təhsil proqramlarında gender ayrı-seçkiliyi qadağandır.

Title IX universitetləri qadın idmanlarına sərmayə qoymağa məcbur edir. Futbol isə bu qanundan çox faydalanıb.

ABŞ-ın qadınlardan ibarət futbol komandası beynəlxalq futbol arenasında qabaqcıl olmağa nail olsa da, kişilərdən ibarət komanda dünyanın ən yaxşı komandlarından çox geridə qalır. Komanda 1990-cı ilədək 40 il Dünya Kubokuna qatıla bilməyib.

Buna baxmayaraq qadınlardan ibarət komanda sayəsində Birləşmiş Ştatlar hələ ki beynəlxalq futbol dünyasında üstün yerlərə sahibdir.

XS
SM
MD
LG