Accessibility links

ABŞ-da qanunsuz mühacirlərlə bağlı mübahisələr artır [Video]


ABŞ-da qanunsuz mühacirlərlə bağlı mübahisələr artır
please wait

No media source currently available

0:00 0:02:38 0:00

ABŞ-da qanunsuz mühacirlərlə bağlı mübahisələr artır

ABŞ-da 11 milyona yaxın qanunsuz mühacirin yaşadığını təxmin edilir. Onların yarısından çoxu Meksika, 25 faizi digər Mərkəzi Amerika ölkələrindən gəlib

Biznesmen və prezidentliyə Respublikaçı namizəd Donald Tramp ABŞ-ın mühacirət islahatları ilə bağlı son bəyanatlarında deyib ki, ABŞ-da yaşayan qanunsuz mühacirlərin Amerikada doğulan uşaqlarına vətəndaşlıq verilməməlidir. O həmçinin bir daha qeyd edib ki, Meksika və Birləşmiş Ştatlar arasında divar inşa edilməlidir. Heç bir siyasi partiyaya mənsub olmayan Pew Araşdırmalar Mərkəzi ABŞ-da 11 milyona yaxın qanunsuz mühacirin yaşadığını təxmin edir. Onların yarısından çoxu Meksika, 25 faizi digər Mərkəzi Amerika ölkələrindən gəlib. Lakin qanunsuz mühacirlər və təbliğat qrupları vizaları olmayanların ölkədə qalmalarına icazə verilməsinin tərəfdarıdır.

Onların qanuniləşdirilməsi Amerika iqtisadiyyatı üçün daha sərfəli və faydalı olacaq
Corc Eskobar

Qanunsuz bir şəkildə Meksika sərhədini keçən insanlar müxtəlif yollarla Birləşmiş Ştatlara keçirlər, baxmayaraq ki, ABŞ Gömrük və Sərhəd Patrul agentləri sərhədi qorumağa davam edirlər. Maya on il əvvəl Texasa keçdiyi günü xatırlayır.

“Mən bilirdim ki, sənədsiz mühacir olaraq bir sıra problemlərlə üzləşəcəm. Lakin eyni zamanda çoxlarımızı sənədlərimiz olmadan həyatımızı davam etdirə bilmişik.”

Maya hazırda həyat yoldaşı o zaman isə sevgilisi olan şəxsin ardı ilə ABŞ-a gəlib. Həyat yoldaşı da ABŞ-a qanusuz şəkildə keçib. Onların 8 yaşında bir qız övladları var. O, Merilend ştatında doğulub və ABŞ vətəndaşıdır.

“Mənim ən böyük qorxum deportasiya və ya həbs olunmaqdır.”

ABŞ-dan deportasiya olunan qanunsuz mühacirlər
ABŞ-dan deportasiya olunan qanunsuz mühacirlər

Amerika Mühacirət İslahatı Federasiyasının prezidenti Dan Stin qanunsuz mühacirlərin deportasiya olunmasının tərəfdarıdır.

“Amerikaya gəlmək istəyən yüz milyonlarla insan var. Bu proses burada daha yaxşı həyat və iqtisadi vəziyyətə sahib olacaqlarını düşünən insanlar tərəfindən müəyyən olunmamalıdır."

Lakin Merilenddə fəaliyyət göstərən latino haqlarının müdafiə qrupu Casa de Maryland-dən Corc Eskobar kütləvi deportasiya ideyasının gülünc olduğunu deyir.

“Onların qanuniləşdirilməsi Amerika iqtisadiyyatı üçün daha sərfəli və faydalı olacaq.”

Amerikaya gəlmək istəyən yüz milyonlarla insan var. Bu proses burada daha yaxşı həyat və iqtisadi vəziyyətə sahib olacaqlarını düşünən insanlar tərəfindən müəyyən olunmamalıdır
Dan Stin

İmmiqrasiya mübahisəsinə “sığınacaq şəhərlər” daxildir. 32 ştatda 276 belə şəhər mövcuddur ki, orada polisin insanları immiqrasiya stasusunu yoxlamaq məqsədilə saxlayıb sorğulamasına icazə verilmir.

Stin isə polisin sərhədi qanunsuz şəkildə keçdiklərindən şübhələndikləri insanları saxlayıb sorğulamalarının tərəfdarıdır.

“Bu, ştat və yerli icmalarda polisin gündəlik işi olmalır.”

Eskobar isə deyir ki, bunu etməklə polis hüdudunu aşmış olacaq.

“Federal immiqrasiya rəsmiləri və yerli bələdiyyə polisi ilə əməkdaşlıq tamamilə gərəksizdir.”

Lakin hər ikisi bir məqam üzərində razılşır ki, ABŞ-ın immiqrasiya sistemi yenidən qurulmalıdır.

ABŞ- Meksika sərhədini keçən honduraslı və el salvadorlu qanunsuz mühacirlər
ABŞ- Meksika sərhədini keçən honduraslı və el salvadorlu qanunsuz mühacirlər

“Təbii ki, qapıları açıq buraxıb, ölkəyə mühacir axını yığmaq olmaz, amma mühacirlərin axınının quruluşuna nəzər salmaq lazımdır.”

Stinin isə fərqli təklifi var.

“İnsanlar ölkəni tərk edərək qanuna riayət və daha sonra ölkəyə daxil olmaq üçün mövcud vizalara müraciət etməlidirlər.”

Ötən il prezident Barak Obama qanunsuz mühacirlərin yarısına ölkədə qalmaq imkanını tanıyan sərəncam imzalayıb. Lakin bu təşəbbüsün əleyhdarları sərəncamla bağlı məhkəməyə üz tutublar.”

XS
SM
MD
LG