Accessibility links

ABŞ-da qatar qəzaya uğrayıb


ABŞ-ın şimal-şərqindən yerləşən Pensilvaniya ştatında Amtrak qatarının relsdən çıxması nəticəsində 2 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Qatar Nyu-York şəhərindən Birləşmiş Ştatların cənub-şərqində yerləşən Corciya ştatının Savannah şəhəri istiqamətində hərəkət edən zaman Filadelfiya yaxınlığında relsin üzərində dayanan ekskavatora dəyib.

Qəza nəticəsində qatarın aparıcı mühərriki relsdən çıxıb. Hadisə zamanı qatarda 350 sərnişin və ekipaj üzvü olub.

Rəsmilər ölən şəxslərin ekskavatoru idarə edən işçilərin olduğunu bildirir.

Xəsarət alanların heç birinin həyati təhlükəsi yoxdur.

Milli Transportasiya Təhlükəsizliyi Heyəti və Federal Dəmiryolu Administrasiyası hadisəni araşdırır.

Amtrak qəzadan dərhal sonra ən çox işlək şimal-şərq marşrutunda xidməti müvəffəqəti dayandırsa da, daha sonra normal xidmətini bərpa edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG