Accessibility links

ABŞ prezidenti Barak Obama Konqres liderlərinə qoşularaq, Amerikada quldarlığın ləğv olunmasına son qoymuş Konstitusiyaya 13-cü düzəlişin ratifikasiya edilməsinin 150 illiyini Kapitolidə qeyd edilməsi mərasimində iştirak edib.

O, amerikalıları əvvəlki nəsillərdən nümunə götürərək, “şübhə və qorxudan üstün dayanmağa”çağırıb. Prezident Obama amerikalıları ayrı-seçkiliyin bütün formalarından çəkinməyə çağırışında ad çəkmədən prezidentliyə respublikaçı namizəd Donald Trampın müsəlmanların səfərlərinə qadağa qoyulması haqda təklifini tənqid edib.

“Bunun üçün bizim nəsil əvvəlki nəsillərin görüdüyü işi etmək istəməlidir. Dəyərlərimizə sadiq qalmaq, şübhədən və qorxudan üstün dayanmaq lazımdır. Bir-birimizdə özümüzü görmək. Ləyaqət və imkanları təkcə öz uşaqlarımız üçün deyil, başqa bir uşaq üçün qorumaq. Bizim azadlığımızın necə görünməyindən, haradan gəməyindən, adlarının nə olmasından və hansı dinə ibadət etməsindən asılı olmayaraq başqalarının azadlığı ilə bağlı olduğunu yadda saxlamaq lazımdır”-deyə prezident Obama bildirib.

ABŞ prezidentinin bu sözləri Konqresdə sürəkli alqışlarla qarşılanıb.

Obama deyib ki, Amerika hamının bərabər olduğu bir əsasda yaranıb.

Prezident Obamanın Donald Trampla bağlı açıqlamaları onu kəskin tənqid edən başqalarından fərqlidir.

Ağ Ev çərşənbə axşamı günü respublikaçıları partiyadan prezidentlik uğrunda yarışlarda öndə gedən Donald Trampın müsəlmanların ölkəyə daxil olmasının qadağan edilməsinə dair təkliflərini kəskin qınamağa çağırıb.

Trampın kampaniyasının “tarixin zibilliyinə” atılacağını deyən Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, bu plana görə Tramp prezidentliyə namizəd kimi kampaniyadan kənarlaşdırılmalıdır.

XS
SM
MD
LG