Accessibility links

ABŞ Əfqanıstandan qüvvələri çıxarmaq üçün Rumıniyada hərbi bazadan istifadə edəcək



Rumıniya ABŞ-a Əfqanıstandan hərbi qüvvələrinin çıxarılması prosesində Qara dənizdəki hərbi bazadan istifadə etmək icazəsi verib.

Pentaqon rəsmiləri cümə günü bildirib ki, Rumıniya ilə bu razılışma əməliyyatların Qırğızıstanda “Manas” hərbi bazasından Qara dənizdəki bazaya keçirilkməsi imkanı verir. Qırğızıstan hökuməti ABŞ-ın bazanı icarəyə götürməsi üçün 2014-cü il iyul ayında bitəcək müddəti uzatmayıb.

ABŞ Müdafiə nazirliyinin bəyanatında əməliyyatların Manas Byenəlxalq hava limanında tranzit mərkəzindən Rumıniyaya keçirilməsi prosesinin başlandığı və avadanlığın 2014-cü ilin iyul ayına qədər Qırğızıstana veriləcəyini bildirilir.

Birləşmiş Ştatlar hərbi qüvvələrin və texnikanın gələn ilin sonuna qədər Əfqanıstandan çıxarılmasını planlaşdırır.

Rəsmi Vaşinqton bununla belə, Əfqanıstanda 2014-cü ildən sonra əfqanlara təlim verilməsi məqsədilə hərbi qulluqçuların bir hissəsinin saxlanacağına ümid edir. Lakin Kabil hökuməti ilə hələlik bununla bağlı razılaşma imzalanmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG